MÜSAHİBƏ
A- A A+

“Metsamor AES-in yaratdığı təhlükələri gizlətmək beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsizlikdir”

2016-06-17 08:55:02

Fact-info.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəsini təqdim edir.

- Nüvə sınaqlarının hərtərəfli qadağan olunması üzrə müqavilənin imzalanmasının 20 illiyi ilə əlaqədar 13 iyun tarixində Vyanada keçirilmiş iclasda Ermənistan xarici işlər nazirinin müavini Aşot Havakimyanın çıxışı barədə nə deyərdiniz?

 - Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyan nüvə sınaqlarının hərtərəfli qadağan olunması üzrə müqavilənin imzalanmasının 20 illiyi ilə əlaqədar 13 iyun tarixində Vyanada keçirilmiş iclasda çıxışı zamanı yenə də nüvə təhlükəsizliyinin təmin edilməməsi və nüvə materiallarının yayılmasının qarşısının alınmamasına dair Ermənistanın daşıdığı məsuliyyəti ört-basdır etməyə çalışıb. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın hazırkı və sabiq rəsmi şəxslərinin Ermənistanın gizli silahlara, o cümlədən “çirkli bomba"ya malik olması və bu vasitələrlə Azərbaycanı təhdid etməsi, Metsamor AES-in doğurduğu təhlükələri barədə bir daha beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Əsasən Metsamordan qaynaqlanaraq Ermənistan vətəndaşlarının iştirakı ilə 1999-cu ildən etibarən qeydə alınan 10-dan artıq nüvə materialları qaçaqmalçılığı halları xüsusilə qeyd olunub.

 - Ermənistan rəsmisi çıxışında Metsamor AES-in təhlükəsiz olduğu barədə beynəlxalq ictimaiyyəti əmin edib və bu stansiya ilə əlaqədar qaldırılan məsələlərin siyasi xarakter daşıdığını deyib. Buna münasibətiniz necədir?

 - 1976-cı ildə “Çernobıl” AES-in texnologiyasına əsasən tikilmiş, bütün region üçün təhlükə olan və seysmik zonada yerləşən Metsomor AES-in doğurduğu təhlükələri gizlətmək beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsizlikdir. Ermənistan xarici işlər nazirinin müavini bu stansiyanın VVER4400 modelli köhnəlmiş reaktorunun daimi olaraq soyudulması kimi ciddi problemin olduğunu bilərəkdən qeyd etməyib. Mütəxəssislərin rəyinə görə, VVER 440s reaktoru “insidentlərin lokallaşdırılması sistemi”nə əsaslanır ki, bu, böyük miqyaslı qəzalara qarşı tamamilə dözümsüzdür və dərhal nüvə atmosferə xaric olunur. “National Geographic”in məlumatına əsasən ABŞ-da yerləşən Milli Nüvə İnstitutu 1997-ci ildə sovet atom elektrik stansiyalarına dair hesabatında VVER-440 modelli reaktorların böyük şəbəkə qısaqapanmaların qarşısını ala bilmədiyi qənaətinə gəlib. Tətbiqi Ekologiya üzrə Avstriya İnstitutunun mütəxəssisi Antonia Venix Metsamoru fəaliyyətdə olan AES-lər sırasında “ən təhlükəli” adlandırıb. Avropa İttifaqının dəstəyi ilə indiyə qədər VVER 440s reaktorlu dörd AES Bolqarıstanda, iki AES isə Slovakiyada bağlanıb. 

 - Aşot Havakimyan ölkəsinin nüvə silahlarının yayılmama sahəsində müqavilələrə və rejimlərə tam sadiq olduğunu, Yaxın Şərqdə nüvə silahlarından azad zonanın yaradılması barədə ideyanı dəstəklədiyini bəyan edib.

 - Bu da rəsmi Yerevanın söz və əməlinin uyğun gəlməməsinin növbəti sübutudur. Ermənistan vətəndaşlarının iştirakı ilə həyata keçirilən nüvə materiallarının qaçaqmalçılığı əməlləri, o cümlədən, bu ilin aprelində üç Ermənistan vətəndaşının "Uranium- 238" materialı ilə Gürcüstanda saxlanması rəsmi Yerevanın nüvə materiallarının yayılmaması və qaçaqmalçılığının qarşısının alınması barədə öhdəliklərini qəsdən yerinə yetirmədiyini göstərir. Metsamordan qaynaqlanan bu nüvə materiallarının qaçaqmalçılıq yolu ilə Yaxın Şərqə ötürülməsi nəzərdə tutulduğu halda, Ermənistan rəsmisi ölkəsinin Yaxın Şərqdə nüvə silahlarından azad zona yaradılması ideyasını dəstəklədiyini bildirməsi tamamilə qeyri-ciddi yanaşmadır. Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, beynəlxalq agentliyin “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə  BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir.   

  Metsamor AES ilə əlaqədar Azərbaycan öz ciddi narahatlığını dəfələrlə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə bildirib. Agentliyin qaydalarına uyğun olaraq, hər hansı dövlətlə ikitərəfli əsasda aparılan danışıqlar və hətta ifadə olunan narahatlıqlar konfidensial saxlanılır. Ümid edirik ki, beynəlxalq agentlik tərəfindən Azərbaycan və digər region ölkələrinin Metsamor AES-in fəaliyyəti ilə əlaqədar narahatlığı Ermənistan hökuməti qarşısında ciddi surətdə qaldırılır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 468

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...