MÜSAHİBƏ
A- A A+

Xaricdə yaşayan həmvətənlərimizin vahid Azərbaycançılıq fəlsəfəsi altında birləşməsi çox önəmlidir

2016-06-17 08:45:56

Fəal azərbaycanlıların vahid Azərbaycançılıq fəlsəfəsi altında birləşməsi çox önəmlidir

Bu sözləri Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edən Liverpul Universitetinin azərbaycanlı doktorantı Ramiz Babayev AZƏRTAC-a müsahibəsində deyib.

Qurultayın nəticəsi haqqında fikirlərini bölüşən R.Babayev bildirib ki, xaricdəki həmvətənlərimiz Azərbaycanımızın müstəqil ölkə kimi daha da inkişaf etməsi üçün yaşadıqları ölkələrdə regionumuzun mürəkkəbliyini nəzərə alaraq xarici düşmənlərə qarşı mübarizələrini davam etdirməli, ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə düzgün çatdırmalıdırlar.

Diqqətə çatdırılıb ki, Britaniyada Azərbaycan təşkilatlarının olması sevindirici haldır. Biz, bu ölkədə yaşayan azərbaycanlılar onlara fəaliyyətində yaxından kömək göstərməliyik. Xüsusilə xaricdə təhsil alan tələbələrimizin bu işdə üzərinə böyük məsuliyyət düşür. R.Babayev təhsil aldığı universitetdə görülən işlər haqqında da danışaraq bildirib ki, Liverpul şəhərində Azərbaycan Cəmiyyəti təsis edilib. Liverpul kitabxanasına Azərbaycanın tarixi və mədəniyyətinə aid çoxsaylı kitablar təqdim olunub. Bundan başqa, tələbələrimiz Liverpulda yaşayan azərbaycanlıların tez-tez bir araya toplanması və mədəni əlaqələrimizin möhkəmlənməsi üçün daim çalışırlar. Onlar Britaniyanın digər şəhərlərində yaranan Azərbaycan cəmiyyətləri ilə əlaqələri möhkəmləndirərək ölkəmizlə bağlı tədbirlərdə birgə fəaliyyət göstərirlər. 2015-ci ildə Londonda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Britaniyadakı Azərbaycan səfirliyinin dəstəyi ilə “Qarabağ: Gələcəyə Baxışımız” adlı elmi forum təşkil edilib.

 R.Babayev Liverpul Universitetində ətraf mühit elmləri üzrə fəlsəfə doktoru dərəcəsini almaq üçün hazırda “Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi” mövzusu üzrə araşdırma apardığını bildirib. O, Liverpul Universitetinin bu sahə üzrə Britaniyada ən qabaqcıl universitetlərdən olduğunu bildirərək araşdırmasının universitetin akademik heyətinin marağını cəlb etdiyini diqqətə çatdırıb.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 605

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...