MƏDƏNİ
A- A A+

“Azərbaycan xalçaları” jurnalı

2016-06-15 10:20:28

Yeni nəşr

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 18-ci nömrəsinə də respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları daxildir.

Bu nömrədə yer alan tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında misgərlik və zərgərlik sənətlərinin inkişaf tarixindən”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın “Azərbaycan Milli İncəsənət Muzeyinin xalça kolleksiyası”, Nurlan Nəsirovun “Elxani hökmdarı Keyxatu xanın kağız pul (çao) islahatı”, Sədulla Nuriyevin “Metropoliten Muzeyində Ağqoyunlu mədəniyyət nümunələri”, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi”, Zəhra İslamovanın “XVIII əsr rus mənbələri Azərbaycan memarlığı haqqında”, Aysel Ümidin “Simvolların sirri”, Araz Qurbanovun “Rəmzlər nədən danışır?” kimi məqalələri tarixşünaslıq və sənətşünaslıq elmlərinin aktual problemlərinə həsr edilib.

Nəşrin bu nömrəsində də Azərbaycanın boyaq bitkiləri haqqında ənənəvi rubrikasını davam etdirir. Oxucular Mayis Qasımov, Vidadi Muradov və Tünzalə Qasımovanın Azərbaycan təbiəti üçün xarakterik olan südləyən bitkisi haqqında təcrübələr əsasında hazırladıqları məqalə ilə tanış ola bilərlər.

Nəşrdə, həmçinin Filadelfiya İncəsənət Muzeyində saxlanılan qədim Azərbaycan xalçaları haqqında məlumatlar fotoşəkilləri ilə birlikdə təqdim edilib. “Kunstkamera: Rusiya mədəni irsinin salnaməsidir” məqaləsində Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyinin direktoru, tarix elmləri doktoru Yuriy Çistov bu tarixi muzey haqqında maraqlı məlumatlarla çıxış edir, bu elm ocağının Azərbaycan elmi ictimaiyyəti ilə əlaqələrindən danışır.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 830

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...