SİYASƏT
A- A A+

ABŞ Konqresində Azərbaycandakı tolerantlıq ənənələrinə dair müzakirə aparılıb

2016-06-15 10:00:50

ABŞ Konqresində Amerikadakı nüfuzlu yəhudi təşkilatlarından olan Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının təşkilatçılığı ilə “Bilinməyən tarix: Azərbaycandakı yəhudi icması” adlı brifinq təşkil edilib

Milli Koalisiyanın icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçirilən tədbirdə əsas natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.

Mark Levin dinindən və irqindən asılı olmayaraq Azərbaycanda bütün insanların sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb. Bu kontekstdə, Azərbaycandakı yəhudi icmasının da istisna təşkil etmədiyi və uzun əsrlər boyu dağ yəhudiləri icmasının Azərbaycanda heç bir ayrı-seçkiliyə məruz qalmadan dinc yaşadığı bildirilib.

Azərbaycana sonuncu səfəri ilə bağlı təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşən Mark Levin, həmçinin ölkəmizdə bütün konfessiya mənsubları, o cümlədən yəhudilər üçün yaradılmış əlverişli şəraiti şəxsən öz gözləri ilə gördüyünü qeyd edib. Onun sözlərinə görə, günü-gündən inkişaf edən İsrail və Azərbaycan arasındakı güclü tərəfdaşlıq bağları da məhz xalqlar arasındakı bu dostluqdan qaynaqlanır. O, dünyanın bir çox yerlərində anti-semitizmin tüğyan etdiyi bir zamanda əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bir çoxları üçün nümunə olduğunu və bu kimi halların daha da geniş auditoriyaların diqqətinə çatdırılmasına ehtiyac duyulduğunu bildirib.

Daha sonra çıxış edən səfir Süleymanov qeyd edib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir və ölkəmizin elmi-intellektual, siyasi və iqtisadi həyatında mühüm rol oynayır. Səfir Azərbaycan yəhudilərinin dövlətçiliyimizin təşəkkülü və inkişafında da mühüm rol oynadığını, misal üçün Azərbaycan Xalq Cumhuriyyətinin ilk səhiyyə nazirinin yəhudi olduğunu və o zaman da, indi də yəhudi əsilli vətəndaşlarımızın Azərbaycan parlamentində təmsil olunduğunu diqqətə çatdırıb. Müstəqillik illərində Ermənistanın hərbi aqressiyasına məruz qaldığımız zamanda, torpaqlarımızın bütövlüyünün qorunması üçün yəhudi icmasının öz həmvətənləri ilə birgə silaha sarıldığı, habelə əslən yəhudi olan Albert Aqarunovun Vətənin qorunmasındakı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü diqqətə çatdırılıb.

Diplomat ölkə rəhbərliyinin xüsusi qayğısı sayəsində Bakıda iki sinaqoqun inşa edildiyi və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzinin tikildiyini brifinq iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin müstəqillik qazandığımızdan bəri İsrail-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkəmizin İsrailin enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Səfir Süleymanov tolerantlıq və multikulturalizmin Azərbaycan cəmiyyətinin təməl daşı olduğunu, bu xüsusda 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi və BMT-nin Sivilizasiyalar Alyansının sonuncu forumunun cari ilin aprel ayında Bakıda təşkil edilməsinin təsadüfi olmadığını qeyd edib. Sonda diplomat dünyanın hansı yerində olmasından asılı olmayaraq, Azərbaycanın zorakılıq və radikalizm meyllərini pislədiyini bildirib.

Brifinqdə ABŞ Konqres üzvlərinin köməkçiləri, ictimai təşkilatların nümayəndələri, Azərbaycan və yəhudi icmasının təmsilçiləri və media mənsubları iştirak ediblər. (AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 818

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...