SİYASƏT
A- A A+

Faşistin, terrorçunun “milli qəhrəman” kimi təbliği Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir

2016-06-13 09:35:28

Alman faşist SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, habelə ASALA terrorçusu Monte Melkonyanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Njde Qareginin Ermənistanın milli qəhrəmanı olması barədə Ermənistan parlamentinin vitse-spikerinə və Xarici İşlər Nazirliyinin rəsmisinə cavabında bildirib.

Hikmət Hacıyev deyib ki, Njde Qaregin və Drastamat Kanayan 1918-1920-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdirib. Faşistlərin irqi ayrı-seçkilik, “Ari” irqi və antisemitizm ideologiyasina sahib çıxaraq Njde Gareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir.

Qeyd edilib ki, Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, o cümlədən 2016-cı il mayın 28-də ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin bariz nümunəsidir.

Vurğulanıb ki, BMT Baş Assambleyasının “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı A/RES/70/139 nömrəli, 2015-ci il 17 dekabr tarixli qətnaməsini və digər sənədləri əsas tutaraq beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə düzgün qiymət verilməlidir.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 571

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...