QHT və MEDİA
A- A A+

Polad Bülbüloğlu ilə Minsk-Bakı videokörpüsü keçirilib

2016-06-11 09:35:50

İyunun 10-da “Sputnik Belarus” İnformasiya Agentliyinin multimedia mətbuat mərkəzində Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin Belarus premyerasına həsr olunan Minsk-Bakı videokörpüsü keçirilib

Belaruslu xoreoqraf Olqa Kostelin quruluş verdiyi bu tamaşa ilə iyunun 11-də Minskdə “Bolşoyda balet yayı” beynəlxalq festivalı açılacaq. “Eşq və Ölüm” baleti təxminən 1300 il əvvəl yaradılmış və UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş qədim türk eposu “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılıb. Bəstəkar bu əsərini həyatının başlıca işi adlandırır.
P.Bülbüloğlu bildirib: “Mədəni əlaqələr ölkələr arasında münasibətləri gücləndirir. Minskdə çoxlu dostum var, onları neçə illərdi tanıyıram. Şadam ki, baletimin premyerası məhz burada olacaq”.
Videokörpü zamanı Belarus Böyük Opera və Balet Teatrında tamaşanın premyerası və MDB-nin əsas humanitar mükafatı olan “Birlik Ulduzları”nın təqdimetmə mərasimindən söz açılıb.
Premyeradan əlavə, Azərbaycanın Rusiyadakı səfiri “Birlik Ulduzları” mükafatını təqdim edəcək. Bu il mərasim ilk dəfə Minskdə keçiriləcək.
Azərbaycanlı diplomat və bəstəkar bildirib: “Öz yaradıcılığına, istedadına görə bu mükafata layiq görülən şəxslər ölkələri, insanları və mədəniyyətləri birləşdirir. Heç bir mədəniyyət təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. O başqaları ilə əlaqədə olmalıdır”.
P.Bülbüloğlunun sözlərinə görə, mədəniyyət çox işə qabildir. 25 ildir Vitebsk şəhərində keçirilən “Slavyan Bazarı” festivalı buna nümunədir.

Səfir deyib: “Məncə, həm MDB məkanında, həm də dünyada ikinci belə festival yoxdur. Bu festivaldakı əhval-ruhiyyə dostluğa, əməkdaşlığa, mehriban münasibətlərə və mədəni əlaqələrə təşviq edir”.
Jurnalistlər Azərbaycanın Rusiya Federasiyasındakı səfiri ilə yaradıcılıqla bağlı olmayan mövzularda da danışmaq imkanı qazanıblar. Azərbaycanlı diplomat Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyət haqqında sualları da cavablandırıb.
O deyib: “Ümid edirəm ki, sağlam zəka üstün gələcək və regionda sülh bərqərar olacaq”.
Minskdəki videokörpüdə həmçinin MDB-nin “Birlik Ulduzları” humanitar mükafatının laureatı, Azərbaycan Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi, “ASAN FM” radiostansiyasının rəhbəri Emin Musəvi, jurnalist, teleaparıcı Nuran Hüseynov iştirak edib.
“Sputnik Azərbaycan” İnformasiya Agentliyinin multimedia mətbuat mərkəzində isə pilot layihənin iştirakçıları tanınmış musiqişünas və diplomat Nigar Axundova, Azərbaycan Musiqi Akademiyasının incəsənət və musiqi nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyəti Xadimi Alla Bayramova və başqaları iştirak edib. Tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar. (AZƏRTAC)

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 826

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...