SOSİAL
A- A A+

Şura yeni qrant müsabiqəsi elan etdi

2016-06-09 20:40:14

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:

 

1.         Azərbaycançılıq ideyasının təşviqinə dair təşəbbüslər

2.         “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslər

3.         İstehlakçıların maarifləndirilməsi və hüquqlarının qorunmasına  dair təşəbbüslər 

4.         Sosial - iqtisadi inkişafa dair təşəbbüslər 

5.         Regional təhlükəsizlik məsələlərinə dair təşəbbüslər

6.         Soyqırım, terrorizm və dini radikalizm təzahürlərinə qarşı təşəbbüslər

7.         Hüquq mədəniyyətinin inkişafına dair təşəbbüslər

8.         QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsiinə dair təşəbbüslər

 

Layihələrin müddəti

Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 6 ayadək ola bilər.

 

Maliyyə yardımının məbləği

•          2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 15000 (on beş min) manat ola bilər. 

•          2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər  3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

 

QHT üçün tələblər

•          Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;

•          Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;

•          Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını verməlidir;  

•          Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 

Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz

1.         Daşınmaz əmlakın satın alınması;

2.         Mövcud kəsirin ödənilməsi;

3.         Təhsil üçün fərdi təqaüd;

4.         Siyasi və dini fəaliyyət;

5.         Ayrı-ayrı fərdlərə maddi yardım;

6.         Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

 

Layihələrin hazırlanması üçün texniki şərtlər

•          İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;

•          Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;

•          Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, dəqiq həcmini göstərir, müvafiq rəyi layihəyə əlavə edir;

•          Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri  əlavə olunur;

•          Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur; 

•          Televiziya verilişləri təklif edən QHT-nin müvafiq televiziyadan razılıq məktubu təqdim edən layihələrə üstünlük verilir. 

 

Ərizələrin təqdim olunması üçün texniki tələblər 

•          QHT elektron ərizəyə daxil olmaq üçün özünün VÖEN-ni və parolunu (azı 5 simvol) daxil edir;

•          QHT müsabiqəyə yalnız Şuranın www.e-qht.az elektron xidmət saytında qeydiyyatdan keçməklə elektron ərizə və layihə təklifi ilə müraciət edir;

•          Şuranın www.e-qht.az elektron xidmət saytında olan elektron ərizədə “QHT-lərin qeydiyyatı” və “Layihə haqqında məlumat” bölmələrində olan suallara cavablandırır;  

•          Ərizələrin qeydiyyatı üçün nəzərdə tutulan müddət bitdikdən sonra QHT-nin elektron poçtuna ərizənin qeydə alınması ilə bağlı bildiriş və ərizənin qeydiyyat nömrəsi göndərilir;

•          Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.  

 

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:

•          Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi  istiqamət və mövzulara uyğunluğu;

•          Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;   

•          Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;

•          Layihə müəllifinin qoyulan  problemi aydın təsvir etməsi və əsaslandırması; 

•          Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;

•          Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;

•          Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;

•          Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;

•          Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi; 

•          İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı; 

•          Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri; 

•          Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;

•          Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;

•          Layihənin davamlılıq göstəriciləri; 

•          Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu; 

•          Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu; 

•          Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması. 

 

Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər 

•          Elektron ərizədə tələb olunan məlumatların və sənədlərin çatışmazlığı;

•          Əvvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etməməsi;  

•          Əvvəlki müsabiqədə maliyyələşdirilmiş layihənin icra müddətinin başa çatmaması;

•          Əvvəlki müsabiqədə maliyyə yardımı almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etməməsi;

•          Layihələrin hazırlanması üzrə texniki şərtlərə əməl olunmaması; 

•          Əvvəlki maliyyə yardımı müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmaması.  

 

Müsabiqənin proseduraları 

Müsabiqə üzrə ərizələrin qəbulu 10 iyun 2016-cı il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:

•          1-ci mərhələ - Layihə təklifinin qəbulu; 

Bu mərhələ 10 iyun 2016 – 08 iyul 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir. 

•          2-ci mərhələ - Ərizə və layihə təkliflərinin ilkin seleksiyası;

Bu mərhələ 11-22 iyul 2016-cı il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.  

 

•          3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr 25 iyul - 26 avqust 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir. 

 

•          4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2016-cı il sentyabrın 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 22 iyun 2016-cı ildə saat 15.00-da Şuranın Ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək. 

Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.    

Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az



erize 


layihe teklifi 


budce 


icraplani 


Kateqoriya : SOSİAL Baxış sayı : 568

QHT və MEDİA

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

2017-12-08 09:40:27

QHT və MEDİA
Fransalı gənclər Azərbaycana tanışlıq sə...
Fransalı gənclər Azərbaycana tanışlıq sə...

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin...

CƏMİYYƏT

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

2017-12-07 21:05:37

CƏMİYYƏT
Şura qrant müsabiqəsi elan edib
Şura qrant müsabiqəsi elan edib

Şura sədrinin müavini Vusal Quliyev iclası açaraq gündəliyə təklif olunan “...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...