MƏDƏNİ
A- A A+

Gürcüstanda beynəlxalq xalça sərgisi

2016-06-09 09:25:01

Gürcüstanın Axalsıx şəhərindəki Rabat qalasında beynəlxalq xalça sərgisi açılacaq.

Sərgidə dünyanın bir çox ölkəsindən xalçaçılıq nümunələri nümayiş olunacaq. Ölkəmizi bu sərgidə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi təmsil edəcək.
Muzeyin direktoru Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində deyib: “Gürcüstanın Mədəniyyət və Abidələrin Bərpası Nazirliyinin təşkil etdiyi sərgidə bir neçə ölkənin xalçaçılıq sənəti nümunələri, eləcə də, bu günədək şəxsi kolleksiyalarda saxlanılan xalçaların eskizləri nümayiş etdiriləcək. Muzeyimiz tərəfindən bu sərgidə 30-dan çox Azərbaycan xalçası təqdim ediləcək. Bununla yanaşı, muzeyin nəzdindəki xalçaçılıq dərnəyinin şagirdlərinin əl işləri, xalça ornamentləri, xalçaçılığa dair kitablar və digər yazılı ədəbiyyat nümayiş olunacaq. Mədəniyyət Muzeyi sərgidə əsasən Borçalı elində toxunmuş Qarabağ, Qarayazı, Qaraçöp, Ləmbəli, Təbriz xalça növlərini nümayiş etdirəcək”.
L.Əliyeva bildirib ki, rəhbərlik etdiyi muzey Azərbaycan mədəniyyətini inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq, eləcə də dünya ictimaiyyətini məlumatlandırmaq üçün xüsusi layihə hazırlayıb.
Azərbaycan Mədəniyyəti Muzeyi 2011-ci ildən xalça ustası və iş adamı Emzar Məmmədzadə ilə birgə Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində xüsusi layihə həyata keçirir. Layihəyə əsasən bölgələrimizdə yaşayan azərbaycanlı xalça ustaları işə cəlb olunurlar. Onların toxuduqları xalçalar hazırda dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilir. Bu sərgidə də xalçaçılarımızın əl işləri nümayiş olunacaq. Elə həmin ildən muzeydə də xalçaçılıq dərnəyi açılıb. Bu dərnək Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.
“Bizim xalçalarımız UNESCO-nun mədəni irs siyahısına da daxil edilib”, - deyə muzeyin direktoru vurğulayıb.
L.Əliyevanın sözlərinə görə, sərgiyə çıxarılan xalçalar təmiz yundan əyrilmiş saplarla toxunub, təbii boyalarla boyanıb. Buna görə də Azərbaycan xalçalarına maraq böyükdür.
Muzeyin direktoru onu da bildirib ki, sərgi çərçivəsində Rabatda xalçaçılığa dair simpozium da keçiriləcək. Simpoziumda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Xalça Muzeyinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Rabat qalası IX əsrə aid tarixi abidədir.
2012-ci ildə bərpa olunduqdan sonra bu qala turistlərin ən çox gəldikləri ərazilərdən birinə çevrilib. Qala ümumilikdə 7 hektar ərazini əhatə edir. Qala özündə gürcü, ərəb, bizans, türk və rus memarlıq ənənələrini birləşdirir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 767

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...