İQTİSADİ
A- A A+

“Diplomat Magazine” jurnalı Şərq-Qərb dəhlizindən yazıb

2016-06-09 09:10:04

Baş ofisi Haaqa şəhərində yerləşən Benilüks ölkələri və Avropa İttifaqı institutları üçün yayımlanan “Diplomat Magazine” jurnalında Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun “Uzunmüddətli təhlükəsizlik çağırışları Avropa ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz” adlı məqaləsi dərc yayılıb

Baş ofisi Haaqa şəhərində yerləşən Benilüks ölkələri və Avropa İttifaqı institutları üçün yayımlanan “Diplomat Magazine” jurnalında Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun “Uzunmüddətli təhlükəsizlik çağırışları Avropa ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz” adlı məqaləsi dərc yayılıb.
Məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizində tutduğu geostrateji mövqedən bəhs edilir. Bildirilir ki, Şərq və Qərb arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafına töhfə verən Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır. Azərbaycanın bölgədə tarixən oynadığı bu rol müxtəlif etnik və dini azlıqların ölkədə sülh və əmin-amanlıq şəraitində yaşamasına və multikulturalizm dəyərlərinin inkişafına imkan yaradıb. Bu gün Azərbaycanda multikulturalizm və dini dözümlülük cəmiyyətin həyat tərzidir.
Məqalədə qeyd edilir ki, hazırkı dövrdə Azərbaycan Şərq-Qərb dəhlizinin əhəmiyyətini Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı–Tbilisi–Qars və yaxın gələcəkdə reallaşacaq “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı transregional layihələrlə gücləndirir. Bu isə öz növbəsində Azərbaycanın Avratlantik strukturlarla əməkdaşlığının inkişafına təkan verir. Azərbaycan Avropa İttifaqının digər qonşularından fərqli olaraq Aİ ilə münasibətlərində problem yaradan ölkə deyil, əksinə Aİ-nin strateji maraqlarının təmin olunmasına töhfə verən etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya alternativ qazın nəqli perspektivləri ilə məhdudlaşmır. Azərbaycan radikalizm, dini ekstremizm və insanlıq əleyhinə cinayətlərə gətirib çıxara bilən müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizə sahəsində Aİ ilə birgə çalışmağa hazırdır. Bu təhdidlərlə mübarizə dini dözümlülük və multikulturalizm kimi fundamental dəyərlərin pozulması ilə müşayiət olunmamalıdır. Bu gün terrorizmə qarşı mübarizə adı altında Avropa siyasi dairələrində artan islamofobiya Avropa İttifaqı ilə müsəlman dünyası arasında qarşıdurma riski yaradır. Azərbaycan əsrlər boyu multikulturalizm dəyərlərinə malik ölkə kimi bu təhdidin aradan qaldırılmasında Aİ ilə əməkdaşlıq etməyə hazırdır.
Bildirilir ki, yeni geosiyasi proseslər və Avropa İttifaqı qonşuluğunda müşahidə olunan mürəkkəblik Aİ və Azərbaycan arasında gələcək münasibətlərin formalaşmasına öz təsirini göstərir. Təcrübə onu göstərib ki, illüziyalar üzərində qurulmuş yanaşma tərəflər arasında yaxınlaşmaya xidmət etməyib. Məhz bu baxımdan Azərbaycan Aİ ilə yeni hüquq öhdəlikli ikitərəfli sənəd üzərində işləməyə başlayıb. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşması ikitərəfli münasibətlərdə qarşılıqlı asılılığı artıracaq və tərəflər arasında siyasi dialoq və ticarət münasibətlərinin genişləndirilməsinə xidmət edəcək.
Səfir məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalının regional təhlükəsizliyə təhdid olduğunu vurğulayır. Bu xüsusda, cari ilin aprel ayında qoşunların təmas xəttində baş vermiş hərbi qarşıdurmaya toxunulur və onun məhz həmin dövrdə baş verməsinin səbəbləri açıqlanır. Bildirilir ki, aprel hadisələrindən öncə yüksək vəzifəli Aİ rəsmiləri, o cümlədən Avropa Komissiyasının iki vitse-prezidenti Azərbaycana eyni vaxtda səfər edib, Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı müsbət ismarıclar verilib. Azərbaycan Prezidenti ABŞ-a uğurlu səfər edib və Birləşmiş Ştatlar ölkəmizi regional təhdidlərlə mübarizədə mühüm tərəfdaş kimi qiymətləndirib. Bu gedişatlara cavab olaraq Ermənistan silahlı qüvvələri münaqişə tarixində misli görünməmiş təxribatlara əl atıb.
Diqqətə çatdırılır ki, regionda sülh və sabiltiyin bərqərar olunması üçün münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamentinin qətnamələri icra olunmalıdır. İşğalçı qoşunlar Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmalı, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtma hüququ təmin olunmalıdır. Ermənistanın bu istiqamətdə atacağı addımlar Cənubi Qafqazda regional əməkdaşlığın inkişafı və bu ölkənin mövcud və gələcək transregional layihələrdə iştirakı üçün əlverişli zəmin yaradacaq. Cənubi Qafqaz Avropa İttifaqına yaxın bölgədir və bu şəraitin yaradılması Aİ-nin də marağında olmalıdır. Səfir qeyd edir ki, uzun müddətdir davam edən təhlükəsizlik təhdidləri Azərbaycanın Aİ ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 636

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...