İQTİSADİ
A- A A+

İtaliya mediası ölkələrimiz arasında iqtisadi əlaqələrdən yazıb

2016-06-07 08:55:38

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın Ticarət Agentliyinin (ICE) aylıq elektron xəbər bülletenində və “Notiziegeopolitiche” geosiyasət və xarici siyasət üzrə elektron portalında Azərbaycanın iqtisadi potensialı, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və perspektivlər barədə müsahibələri dərc edilib

Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibələrdə M.Əhmədzadə Azərbaycanın yerləşdiyi geostrateji coğrafi mövqeyi, iqtisadiyyatın sürətli inkişafı, regional liderliyi, ölkə iqtisadiyyatına yatırılan sərmayələr, Azərbaycanda həyata keçirilmiş və həyata keçirilməkdə olan strateji əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib.

İtaliya-Azərbaycan əlaqələrinə toxunan diplomat bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Matteo Renzi ilə birgə qəbul etdiyi strateji tərəfdaşlıq haqqında bəyannamədə təsbit olunduğunu bildirib. Səfir ölkəmizin İtaliya üçün əsas neft təchizatçılarından biri olduğunu, bir çox italyan şirkətlərinin Azərbaycana investor və podratçı kimi cəlb edildiyini, son bir ildə İtaliyanın “Maire Technimont”, “Technip” və “Saipem” şirkətləri ilə önəmli müqavilələrin imzalandığını vurğulayıb. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazının İtaliyaya çatdırılacağını qeyd edən səfir bu layihənin qaz mənbələrinin şaxələndirilməsi, İtaliyanın Avropada önəmli qaz mərkəzinə çevrilməsi, habelə boru kəmərinin tikintisinə İtaliya şirkətlərinin podratçı kimi cəlb edilməsi nöqteyi-nəzərdən əhəmiyyətini diqqətə çatdırıb.

M.Əhmədzadə Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatda neft sektorunun payının minimuma endirilməsi və qeyri-neft ixracatının artırılması istiqamətində atılan addımlar barədə də danışıb. O, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi yeni infrastruktur-logistika mərkəzlərinin yaradılması, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT, inşaat kimi sahələrdəki imkanlar barədə məlumat verib, italyan şirkətlərini bu sahələrə sərmayə qoymağa dəvət edib. Azərbaycanın coğrafi əhəmiyyəti, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki önəmli rolu barədə də danışan diplomat İtaliya şirkətlərinə Azərbaycana daha geniş bazarlara çıxış üçün körpü kimi baxmağı da tövsiyə edib.

İyunun 13-də Roma şəhərində İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın növbəti iclasının və Azərbaycan-İtaliya Biznes Forumunun keçiriləcəyi barədə məlumat verən səfir bu tədbirlərin Azərbaycana italyan sərmayələrinin cəlb edilməsi, ölkəmizin qeyri-neft ixracının artırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 653

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

2018-09-17 09:30:12

CƏMİYYƏT
Parad Azərbaycan-Türkiyə birliyinin sars...
Parad Azərbaycan-Türkiyə birliyinin sars...

Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyab...

İQTİSADİ

2018-09-12 11:20:53

İQTİSADİ
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş üz...

2018-09-10 21:25:18

İQTİSADİ
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...

Sentyabrın 10-da mənzil-qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Ko...