MÜSAHİBƏ
A- A A+

Dünya Azərbaycanlılarının Qurultayı diasporun daha sıx birləşməsinə xidmət edir

2016-06-06 08:20:40

“Dünya Azərbaycanlılarının IV Qurultayının əsas mesajı başlıca məqsədə nail olmaq – Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün diasporun daha sıx birləşməsidir“

Bunu AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə bildirib.

O qeyd edib ki, qurultayın açılışında Azərbaycan Prezidenti İlham Əliyev diasporun fəaliyyəti ilə bağlı çox mühüm məsələlərə toxunub, mövcud vəziyyəti təhlil etməklə əsas problemlərin həll yollarını təklif edib.

Nizami Məmmədzadə əlavə edib: “Son hərbi toqquşmalarda ordumuz işğal olunmuş ərazilərin müəyyən hissəsini azad edə bildi. Bu, xalqımızın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamını gücləndirdi, Azərbaycan rəhbərliyinin doğru yol seçdiyini bir daha təsdiqlədi. Odur ki, münaqişə zonasında vəziyyət haqqında həqiqəti əks etdirən məlumatların yayılmasına dair intensiv işə ehtiyac xeyli artıb. Bu yöndəki fəaliyyətdə Azərbaycan diaspor təşkilatlarına mühüm rol ayrılır”.

“Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunduğuna görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən diaspor üzvü deyib: “Hər bir jurnalist Vətəninə sadiq olmalıdır. Bu cür mükafatlar Azərbaycanın dünyada təbliği naminə daha böyük səylər göstərmək öhdəliyi yaradır. Biz, Gürcüstanda yaşayan və işləyən azərbaycanlı jurnalistlər Azərbaycanın müasir tarixinin yazılışında birbaşa iştirak etmək istəyirik. Gürcü həmkarlarımızla sıx əməkdaşlıq edir, bu ölkənin KİV-lərində Azərbaycan həqiqətlərini geniş təbliğ edirik”.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 586

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...