MƏDƏNİ
A- A A+

“Rənglərin səyahəti: Bakı-Budapeşt”

2016-06-04 10:05:22

Gənc rəssamlarımız Macarıstanda sərgi təşkil edəcək

İyunun 21-dən 26-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. 
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” adlı layihə çərçivəsində təşkil olunacaq sərginin maliyyə xərclərini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası öz üzərinə götürüb.
Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş ediləcək. 
Layihənin həyata keçirilməsində məqsəd Budapeşt ictimaiyyətini Azərbaycanın son illərdə qazandığı nailiyyətlərlə tanış etmək, ölkəmizin təbiət incilərini, memarlıq abidələrini, müasir inkişafını, nəhayət, doğma Qarabağın əsrarəngiz gözəlliklərini nümayiş etdirməkdir. Gənc rəssamların “Qarabağ atları”, “Xudafərin körpüsü”, “Musiqi beşiyimiz” və s. adlandırdıqları rəsmlər sərginin mahiyyəti barədə kifayət qədər aydın təsəvvür yaradır. 
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva əməkdaşımıza bildirib ki, layihənin reallaşdırılması üçün hazırlıq işləri başa çatmaq üzrədir. Artıq sərgidə nümayiş ediləcək əsərlər seçilib və qanunvericiliyin tələbinə uyğun olaraq ölkədən çıxarılmasına icazə almaq üçün müvafiq qurumlara təqdim olunub. 
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin, doğma Qarabağımızın gözəlliklərinin, bütövlükdə Azərbaycanın təbliği və tanıdılması məqsədinə xidmət edən maraqlı mədəniyyət layihələrini bundan əvvəl də dünyanın bir sıra iri şəhərlərində təşkil edib.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 937

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...