SİYASƏT
A- A A+

İzmirdə keçirilən“Efes-2016” təlimində Azərbaycan da təmsil olunub

2016-06-02 08:45:35

Türkiyənin İzmir vilayətində iki ildən bir keçirilən ənənəvi “Efes” hərbi təlimlərinə bu il ilk dəfə olaraq dost və müttəfiq ölkələrin hərbçiləri də qatılıblar

İzmirdə təşkil olunan brifinqdə məlumat verilib ki, mayın 4-də başlayan bir aylıq təlimlərdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Almaniya, Pakistan, Polşa, Qətər və Səudiyyə Ərəbistanının silahlı qüvvələrinin birlikləri də iştirak edir.

Türkiyədən təlimlərə Silahlı Qüvvələrin Baş Qərargahı, Quru Qoşunları, Hərbi Dəniz və Hava Qüvvələri komandanlığı, Jandarma Qüvvələri ilə yanaşı, Xarici İşlər, Səhiyyə nazirlikləri də daxil olmaqla bir sıra mülki qurumlar da cəlb olunub. Ümumilikdə təlimlərdə 7500 nəfər iştirak edir ki, bunun da 900-ü xarici ölkələrin hərbçisidir.

Təlimlərin yekun mərhələsində təşkil edilən yüksək səviyyəli müşahidə gününə bir sıra ölkələrin müdafiə nazirləri, silahlı qüvvələrin baş qərargah rəisləri və yüksək rütbəli hərbçilər dəvət olunublar. Bu tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.

Əvvəlcə qonaqlar Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin və nəhəng şirkətlərin ən müasir məhsullarının nümayiş etdirildiyi sərgi ilə tanış olublar. Daha sonra onlar Təlim İdarəetmə Mərkəzində hərbi təlimin gecə şəraitində keçirilən hissəsini izləyiblər. Ümumilikdə 79 ölkədən hərbi müşahidəçilərin izlədikləri gecə fəaliyyət proqramı çərçivəsində verilən tapşırıqlar uğurla yerinə yetirilib.

Ertəsi gün Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər də təlimlərə baxıblar. Məlumat verilib ki, təlimlərin məqsədi iştirakçı birlik və qərargahların birgə əməliyyatının komanda nəzarət və təminat sahələri də daxil olmaqla, planlaşdırma və qarşılıqlı əməkdaşlıq şəraitində işləmək qabiliyyətinin inkişaf etdirilməsidir. Müəyyən edilmiş ssenari əsasında müxtəlif qoşun növləri, texnika və silahlardan istifadə olunmaqla həyata keçirilən əməliyyatlar yüksək qiymətləndirilib.

 Azərbaycan Silahlı Qüvvələrinin təlimlərə qatılan 30 nəfərlik heyəti əməliyyatların böyük əksəriyyətinə cəlb edilib. Silahlı Qüvvələrimizin hərbi qulluqçuları təlimlər çərçivəsində keçirilən və iştirakçıların müxtəlif hərbi və fiziki hazırlığının nümayiş etdirildiyi yarışın qalibi olublar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 874

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...