QHT və MEDİA
A- A A+

Qənirə Paşayeva türk dünyasını Almaniya parlamentinə etiraza səslədi

2016-05-31 08:30:47

Deputat Qənirə Paşayeva Ərzurumda 4-cü Beynəlxalq Türk Şölənində dünyanın hər yerində yaşayan türkləri qondarma “erməni soyqırımı”nı müzakirəyə çıxarmağa hazırlaşan Almaniya Parlamentinə müraciətə, etiraza səsləyib

Q.Paşayeva ilk öncə ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edərək Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib. 
O, Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər.
Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.
Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə də çağırıb.  
Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb və əsl həqiqətləri geniş yaymalı, Azərbaycan və Türkiyə əleyhinə yalanlara imkan verməməliyik deyib.  
Millət vəkili Q. Paşayeva bütün Türk dünyasını qondarma erməni soyqırımı yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb.  
Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” idddialarının müzakirəyə çıxarılacağı və qərar çıxarılacağı ilə bağlı xəbərlər hamımızı ciddi narahat etməlidir.
"Bu iddiaların müzakirərə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan Türk insanı üçün böyük zərbədir.  
Biz dədələrimizə qarşı bu cür böhtanların atılmasına icazə verməməliyik.
Türk milləti heç bir zaman tarixində bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq.  Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib.

Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər. Ona görə də biz dünyanın hər yerində daha da fəal olaraq yalanların qəbul edilməməsi, həqiqətlərin daha geniş yayılması üçün mübarizə aparmalıyıq. Bizim Almaniyada yaşayan yüzminlərlə insanımız bu məsələdə fəallıq göstərərək bu müzakirələrin aparılmaması və ya hər hansı bir sənədin qəbul edilməməsi üçün Almaniya Parlamentinə müraciətlər, etirazlar göndərməli, fəal çalışmalıdırlar.
Eyni zamanda dünyanın hər yerində yaşayan gənclərimiz bununla bağlı öz etirazlarını sosial media üzrəindən və digər vasitələlərlə Almaniya millət vəkillərinə çatdırmalıdırlar.
 Bu istiqamətdə Türk dövlət və toplumları da ciddi addımlar atmalıdırlar. Biz hamımız birlikdə bu hallara qarşı mübarizəmizi daha da gücləndirməliyik". 
Q.Paşayeva Azərbaycanın qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.
O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.
Konfransın sonunda Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Cahan Holdinqin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib. (Modern.az)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 960

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...