TƏDQİQATLAR
A- A A+

Alimlərin müraciəti

2015-04-18 09:45:32

Onlar Qafqaz xalqlarına və dünya birliyinə müraciət ünvanlayıblar

“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq konfrans iştirakçıları Qafqaz xalqlarına və bütün dünya birliyinə müraciət qəbul ediblər.

ANS PRESS xəbər verir ki, AMEA-nın Tarixi İnstitutunun yaydığı müraciətdə deyilir:

“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfrans təkcə Azərbaycanın elmi həyatı üçün deyil, eyni taleyi yaşamış bir çox dünya xalqlarının tarixi taleyi üçün də önəmli hadisədir. Konfransın təşkilatçıları – Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti, həmçinin konfrans iştirakçıları – Rusiya Federasiyası (o cümlədən, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Gürcüstan, Qazaxıstan, Özbəkistan, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Albaniya və digər ölkələrdən olan tarixçi alimlər ötən əsrin ilk rübündə Azərbaycan və digər türk-müsəlman xalqlarının həyatında baş vermiş qanlı hadisələrlə bağlı məsələləri müzakirə etdilər.

Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan, İtaliya və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında yazılan və konfransda səsləndirilən elmi məruzələr birmənalı olaraq sübut edir ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri – Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycanın bir çox əraziləri (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz), Türküstanın bəzi bölgələri, Şimali Qafqaz, Volqaboyu və böyük dövlətlərin bölüşdürməyə çalışdığı Osmanlı imperiyasının ərazisi olan Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilmişdir. On minlərlə dinc türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə məhv edilmişlər.

1918-ci ilin yazında Azərbaycanda insanlıq tarixinə sığışmayan bu dəhşətli soyqırımı cinayətləri başda Stepan Şaumyan olmaqla daşnak-bolşevik Bakı Soveti tərəfindən həyata keçirilmişdir.

Azərbaycanın türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik quldurları tərəfindən törədilmiş soyqırım cinayətləri 1918-ci il mayın 29-da tarixi Azərbaycan torpaqlarında – İrəvan şəhəri və onun ətrafında yaradılan Ermənistan (Ararat) Respublikası tərəfindən davam etdirildi. Azərbaycanlıların soyqırımını öz dövlət siyasətinə çevirən Ermənistan (Ararat) Respublikası Azərbaycan xalqına qarşı soyqırımlarını həyata keçirərkən nizami silahlı qüvvələrdən geniş istifadə etdi. Beləliklə, Bakı Sovetinin daşnak-bolşevik rejimi və yenicə yaradılmış Ermənistan Respublikası Azərbaycan xalqına qarşı soyqırım cinayətlərini dövlət səviyyəsində həyata keçirdilər.

Türk-müsəlman xalqlarına qarşı soyqırımı cinayəti sonrakı dövrlərdə də davam etdirilmişdir. Azərbaycana qarşı yönəlmiş erməni təcavüzünün növbəti mərhələsi keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq həyata keçirilən növbəti etnik təmizləmə ilə nəticələndi. Ermənistan Respublikasının ərazisindən – tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurdan bu torpaqların əzəli sahibləri olan 200 min azərbaycanlı qovuldu. Nəticədə bu tarixi Azərbaycan torpaqlarında – İrəvan və Zəngəzurda bu gün bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Bundan əlavə, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevrilmişlər.

Erməni təcavüzkarlarının Dağlıq Qarabağ və digər işğal olunmuş Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar görünməmiş vəhşilik və qəddarlıqla müşayiət olunurdu. Bunun ən dəhşətli nümunəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən biri –1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycan şəhəri Xocalının əhalisinə qarşı törədilən soyqırımı oldu.

Məlumdur ki, Ermənistan Respublikası yalnız Azərbaycana deyil, həm də digər qonşu ölkələrə, o cümlədən Türkiyə Cümhuriyyəti və Gürcüstana qarşı da ərazi iddiaları irəli sürməkdədir.

Erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayətləri mahiyyətcə tarixin müxtəlif dövrlərində Asiya, Afrika, Amerika xalqlarına, həmçinin Türküstan, Volqaboyu və Balkan yarımadasının türk-müsəlman əhalisinə qarşı həyata keçirilən analoji cinayətlərlə eynilik təşkil edir.

1914-1920-ci illərdə törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq biz – “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq elmi konfransın iştirakçıları hesab edirik ki, yalnız millətlərarası sülh coxmillətli Qafqazın davamlı inkişafına zəmanət verə bilər. Bütün bunları nəzərə alaraq, təkcə siyasətçilər deyil, eləcə də elm və mədəniyyət xadimləri millətlərarası dialoqun inkişafı üçün öz səslərini qaldırmalı və bununla yanaşı millətlərararası nifaqın hər hansı bir formada təzahürünə yol verməməlidirlər. Xalqlar arasında ünsiyyətin əsasını onların tarixi haqlarına, hüquqlarına, dini hisslərinə və inanclarına hörmət təşkil etməlidir.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülhsevər səylərini alqışlayır, soyqırımı cinayətlərinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuş bu elmi foruma göstərdiyi diqqət və qayğıya görə ona dərin minnətdarlığını bildirirlər.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1303

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...