MƏDƏNİ
A- A A+

“Azərbaycan Cümhuriyyəti tələbələri” kitabı nəşr olunub

2016-05-27 23:25:15

"TEAS Press" Nəşriyyat evi tərəfindən “Azərbaycan Cümhuriyyəti tələbələri. Tarixi arayış, bəlgələr, yaşamlar” kitabı nəşr edilib

Bu barədə APA-ya Avropa-Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilib. Məlumata görə, TEAS-ın Azərbaycanşünaslıq Araşdırmaları Mərkəzi tərəfindən nəşrə hazırlanan, professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli tərəfindən birgə yazılan kitab Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1920-ci ilin yanvarında xarici ölkələrə oxumağa göndərdiyi 102 tələbəyə həsr edilib.
Müəlliflərin üzərində 15 ildən artıq çalışdığı əsər 1222 səhifədən ibarətdir. Əsərdə 1000-dən artıq nadir foto əksini tapıb. Oxucular onların əksəriyyəti ilə ilk dəfə tanış olacaqlar. Müəlliflər Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın 17 arxivindən götürülən və əhəmiyyətli hissəsi elmi dövriyyəyə ilk dəfə daxil edilən 465 arxiv sənədindən, 114 əski mətbuat orqanından, 104 kitabdan, 133 məqalədən və 15 internet materialından qaynaq kimi yararlanıblar.
 Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyev olan kitaba tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov “Azərbaycan dövlətçiliyi tarixində təhsil məsələləri” adlı ön söz yazıb. Əsərə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, UNESCO-nun keçmiş şöbə müdiri Ramiz Abutalıbov və AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli rəy veriblər.
 Monoqrafiya 3 bölümdən ibarətdir. 189 səhifəlik 1-ci bölümdə tələbələrin xaricə göndərilməsi prosesinin tarixi haqqında geniş tarixi arayış verilib. Burada azərbaycanlıların ali təhsil tarixindən söz açılıb və 1920-ci ilədək ali məktəblərdə oxumuş 774 soydaşımızın siyahısı verilib. 115 səhifəlik 2-ci bölüm müxtəlif arxivlərdən götürülmüş, ərəb qrafikasından latına, rus dilindən Azərbaycan türkcəsinə çevrilmiş 93 sənədin tam mətnindən ibarətdir. 740 səhifəlik 3-cü bölümdə 102 tələbənin hər birinin tərcümeyi-halı ayrıca verilib.  
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 670

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...