SİYASƏT
A- A A+

”Fəalliyətimizi davam etdirmək niyyətindəyik”

2016-05-26 08:20:40

“Azərbaycan bir sıra transmilli layihələrə dəstək verir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin həyata keçirilməsində aktivlik göstərir. Biz bu və ya digər istiqamətlərdə fəaliyyətimizi davam etdirmək əzmindəyik”

Fact-info.az saytı xəbər verir ki, bu  barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Britaniyanın “The Business Year” jurnalının “The Business Year: Azerbaijan – 2016” xüsusi buraxılışının təqdimat mərasimində bildirib.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir, beynəlxalq hüquq normalarının həyata keçirilməsində mühüm addımlar atır: “Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bilirsiniz ki, Avropa Oyunları Azərbaycanda keçirilib. Bundan başqa, bir sıra digər beynəlxalq tədbirlər də keçirilib. Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Biz bu istiqamətdə fəalliyətimizi davam etdirmək niyyətindəyik”.  

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək göstərir.  

Qeyd edək ki, “The Business Year” şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 639

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...