TƏDQİQATLAR
A- A A+

“Yaxın, uzaq Qarabağ” filminin çəkilişləri başlayır

2016-05-25 10:15:45

Layihə

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yaxın, uzaq Qarabağ” sənədli filminin istehsalına başlayır. 

Film Əfqanıstanda yaşayan və vaxtıyla Qarabağdan köçürülərək bu ərazilərə yerləşdirilmiş soydaşlarımızdan bəhs edəcək.

Tarixdən də məlumdur ki, Nadir şahın hakimiyyəti illərində Qarabağdan soydaşlarımızın böyük bir hissəsi Əfqanıstana sürgün olunub. Bunların içərisində həm bütöv ailələr, həm də ayrı-ayrı tayfalar da olub. Ancaq üstündə 3 əsrə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqanıstanda yaşayan soydaşlarımız bu gün də kompakt şəkildə yaşayaraq öz milli kimliklərini, adət-ənənələrini və dilini qorumaqda davam edirlər. Uzun illərdir ki, yaşamağa məcbur olduqları həmin yerlərdə normal, stabil həyatın olmamasına baxmayaraq, bu gün də Əfqanıstanda yaşayan soydaşlarımız öz doğma vətənləri barədə düşünür, burada baş verənlərlə maraqlanırlar.

Filmdə Əfqanıstanın müxtəlif bölgələrində - Kabul ətrafında yerləşən Qarabağ bölgələrində, o cümlədən Qarabağ bazar, Əfşar Qarabağ. Qarabağ Dəhnəsi və başqa ərazilərdə yaşayan soydaşlarımızın həyat tərzin, adət-ənənələrin, dilimizə bağlılığı, ölkəmiz haqda düşüncələrini və.s. lentə alınacaq.(lent.az) 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 505

QHT və MEDİA

2017-12-11 11:05:30

QHT və MEDİA
Xarici ölkə diplomatları və KİV nümayənd...
Xarici ölkə diplomatları və KİV nümayənd...

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların v...

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

CƏMİYYƏT

2017-12-11 12:25:57

CƏMİYYƏT
DİN-in Polis Akademiyasının tarixi və bu...
DİN-in Polis Akademiyasının tarixi və bu...

Belə ki, Akademiya sıravi milis nəfəri və komandir hazırlayan bir məktəb kimi...

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...