SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: “Metsamor” region üçün böyük təhlükədir

2016-05-23 16:00:42

“Azərbaycanın 20 faiz torpağı erməni işğalçıları tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün var”.

Bunu prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.

Ölkə başçısı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb. Bildirib ki, bu soyqırımı dünyanın 10 ölkəsi tərəfindən tanınıb. “Ermənistan tərəfi Azərbaycana 2016-cı ilin aprelində də təcavüzü davam etdirib. Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb, mindən çox evə zərər dəyib. Ermənistan ordusu qadağan olunmuş bombalar, silahlardan istifadə edib. Bütün bunlar sənədləşdirilib və beynəlxalq qurumlara çatdırılıb. Buna cavab olaraq Azərbaycan tərəfi uğurlu əks-hücuma keçib və uğurlu hərbi əməliyyat keçirib. Yalnız bundan sonra Ermənistan tərəfi dinc əhaliyə qarşı hücumları dayandırıb. Bütün bunlara baxmayaraq Ermənistan tərəfi BMT-nin qəbul etdiyi qətnamələrə əməl etmir. Başqa vaxt qətnamələr dərhal icra olunur, amma bu 4 qətnamə kağız üzərində qalıb”.
İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistanda yerləşən “Metsamor” AES region üçün böyük təhlükədir.
Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistanın işğalı nəticəsində yaranan humanitar böhranın öhdəsindən uğurla gəlib. “Biz qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün 6 milyard ABŞ dollarından çox vəsait xərcləmişik. Son 12 ildə qaçqın və köçkünlər arasında yoxsulluq səviyyəsi 75%-dən 12%-ə, ümumilikdə isə Azərbaycanda yoxsulluq səviyyəsi 50%-dən 5 faizə düşüb. Biz bundan sonra da BMT-lə əməkdaşlığımızı davam etdirəcəyik”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 676

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...