MƏDƏNİ
A- A A+

Səfirliyimiz yeni kitabların təqdimatını keçirib

2015-04-17 09:45:50

Yunus Emre İnstitutunun Varşavada yerləşən filialında Azərbaycanın Polşadakı səfirliyi tərəfindən polyak dilində nəşr olunmuş 30 adda kitabın təqdimatı keçirilib.

Təqdimatda səfir Həsən Həsənov, Türkiyənin Polşadakı səfiri Yusuf Ziya Özcan, Yunus Emre İnstitutunun Varşava filialının direktoru Öztürk Emiroğlu və İnstitutun müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə çıxış edən səfir Həsən Həsənov 2012-2015-ci illər ərzində diplomatik nümayəndəlik tərəfindən Azərbaycan mədəniyyətini və incəsənətini, ədəbiyyatını Polşa oxucularına daha yaxından tanıdan 30 adda polyak dilində nəşr edilmiş kitabların təqdimatını edib. Səfir, həmçinin Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş silsilədən olan kitablar və kiçik məlumat açıqcaları haqqında da məlumat verib. Münaqişəyə həsr olunmuş açıqcalar və onların üzərində əks olunan xəritələr qonaqların böyük marağına səbəb olub. Səfir Yusuf Ziya Özcan çıxış edərək Azərbaycan səfirliyinin fəaliyyətini alqışlayıb və gələcəkdə birgə əməkdaşlıq layihələri haqqında düşünməyi təklif edib. Tədbirin sonunda səfir qonaqların suallarını cavablandırıb və hər kitabdan Yunus Emre İnstitutunun kitabxanasına hədiyyə edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1001

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...