İQTİSADİ
A- A A+

ANAMA cəbhə xəttinə yaxın evlərdə və partlayış yerlərində minatəmizləmə əməliyyatlarını davam etdirir

2016-05-23 09:15:33

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 22-də Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib

Tərtər rayonunun Cəmilli kəndində bir əkin sahəsində 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 millimetrlik top mərmisi (OF56) zərərsizləşdirilib və nəticə etibarı ilə 9 000 kvadratmetr ərazi yoxlanılıb. Rayonun Əskipara kəndində dörd ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, bir ədəd 122 millimetrlik top mərmisi (OF56) aşkar edilib və nəticə etibarı ilə 5 700 kvadratmetr ərazi yoxlanılıb. Səhləbad kəndində bir ev və həyətyanı sahəyə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarı ilə 6 000 kvadratmetr ərazi yoxlanılıb.

Ağcabədi rayonunun Hacılar kəndi iki ev və həyətyanı sahə və bir əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarı ilə 11 min kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində iki otlaq sahəsində iki partlayış yerinə baxış keçirilib, 2 ədəd raketin partlamış qalıqları aşkar edilib və nəticə etibarı ilə 621 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 2-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 509 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbiristanlığı, üç kənd orta məktəbi, bir tibb məntəqəsi, 14 ferma, əkin sahələri və bir çaxır zavodu ərazisinə baxış keçirilib, 1 451 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.(AZƏRTAC)


Kateqoriya : İQTİSADİ Baxış sayı : 456

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...