QHT və MEDİA
A- A A+

ABŞ-da çağdaş Azərbaycan musiqisinə həsr olunan monoqrafiya işıq üzü görüb

2016-05-20 09:45:00

Yeni nəşr

2016-cı ilin mart ayında Amerika Birləşmiş Ştatlarının nüfuzlu “İndiana University Press” nəşriyyatında Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” (Music of Azerbaijan: From Mugham to Opera) adlı sanballı elmi monoqrafiyası işıq üzü görüb. Aida Hüseynovanın kitabı çağdaş Azərbaycan musiqisi haqqında ABŞ-da dərc olunmuş ilk elmi əsərdir. Üç yüz iyirmi yeddi səhifədən ibarət kitabda milli musiqi ənənələrimizin Qərb musiqisinin prinsipləri ilə sintezi, Azərbaycan musiqiçilərinin bu istiqamətdə apardığı axtarışlar və əldə olunmuş nailiyyətlər ətraflı analiz edilir. Kitabda ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarlarının əsərləri təhlil olunur, ifaçılarımızın, caz ustalarımızın fəaliyyəti ingilisdilli oxuculara təqdim edilir. Müəllif Azərbaycan musiqisinin tarixi qaynaqlarından, eləcə də 20-ci əsrdə baş verən kəskin siyasi dəyişikliklərin milli musiqimizə göstərdiyi təsirdən söhbət açır, müasir dövrdə əldə olunan nailiyyətlərdən və yaşanan çətinliklərdən bəhs edir.

Aida Hüseynovanın kitabına 63 media misalı əlavə olunub. Həmin audio və video parçalarda Azərbaycan musiqisinin ən ümdə nailiyyətləri əks olunub. Opera, balet, simfoniya, caz musiqisi, mahnı sənəti və digər janrlara aid musiqi nümunələri kitabın məzmununu tamamlayır, onu ingilisdilli oxuculara daha da müfəssəl şəkildə çatdırır.

Kitabın müəllifi Aida Hüseynova tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru olmaqla yanaşı, həm də Azərbaycan Milli Musiqi Şurasının baş katibidir. Hazırda o, ABŞ-nın ən nüfuzlu musiqi ocaqlarından olan İndiana Universitetinin Ceykobs Musiqi Məktəbində çalışır. A. Hüseynova dörd kitabın və yüzdən artıq məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Fransada, Hollandiyada və Rusiyada işıq üzü görüb. Musiqişünas ABŞ-nın və Avropanın bir çox ali məktəblərində, o cümlədən Harvard, Prinston, Kolumbiya, Berkli, Stanford və Kembric universitetində mühazirələrlə çıxış edib.

Aida Hüseynova Azərbaycan musiqisinin ABŞ-da təbliği sayəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Hazırda o, dünya şöhrətli musiqiçilərlə, o cümlədən violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” Ansamblı və “Kronos” Kvarteti ilə elmi məsləhətçi kimi çalışır. Həmin qrupların Azərbaycan musiqisi ilə bağlı layihələri çərçivəsində Aida Hüseynova Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova ilə əməkdaşlıq edir, onların ABŞ-a səfərlərində və konsertlərində iştirak edir.

Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” elmi monoqrafiyası Azərbaycan ilə ABŞ arasında musiqi sahəsində əhəmiyyətli körpü kimi qiymətləndirilməlidir. Həmin fikir Kostal Kerolayn Universitetinin professoru Anna Oldfildin həmyerlimizin kitabına verdiyi rəydə də səslənir. O deyir: “Aida Hüseynovanın Azərbaycanın mədəni həyatı ilə bağlılığı kitaba xüsusi maraq və dərinlik verir, eyni zamanda, müəllifin ingilisdilli elmi ədəbiyyatın qanunlarından agah olması həmin kitabın Azərbaycan ilə bütün dünya arasında qurulan körpü kimi qiymətləndirməsinə əsas verir.”

Monoqrafiyanı ABŞ-ın “Barnes and Noble” kimi aparıcı kitab mağazalarından (barnesandnoble.com), İndiana Universitetinin nəşriyyatının saytından (iupress.com) və məşhur “Amazon” İnternet mağazasından (amazon.com) əldə etmək olar.(AZƏRTAC)

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 693

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...