QHT və MEDİA
A- A A+

"Əl-Cəzirə"də Ermənistanın qadağan olunmuş sursatlardan istifadəsi ilə bağlı - Reportaj

2016-05-20 09:30:47

Qətərin Əl-Cəzirə telekanalı Ermənistanın qadağan olunmuş ağ fosforlu top mərmilələrindən istifadə etməsi ilə bağlı reportaj yayımlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondundan 525.az-a verilən məlumata görə, reportajda vurğulanır ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik hələ də sakitləşməyib. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülkü şəxslərinin yaşadığı qəsəbə və kəndlərini bombalaması iki münaqişə tərəfi arasında gərginliyi daha da artırıb. Azərbaycan tərəfi Ermənistanı Azərbaycan ərazilərinə  insanların ölümünə və yaralanmasına səbəb olan ağ fosforlu top mərmiləri atmaqda  ittiham edir.
 Materialda Atət-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Vyanada keçirilən prezidentlərin görüşünə istinad edərək qeyd olunur ki,  Rusiya, ABŞ və Fransa vasitəçi qismində Azərbaycan və Ermənistan prezidentlərini münaqişə bölgəsi olan Dağlıq Qarabağda atəşkəsin gücləndirilməsi üçün razı salmağa çalışır. 
 Reportajda Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və ATƏT-in monitorinq qrupunun cəbhə bölgəsinə səfəri zamanı lentə alınmış kadrlardan istifadə edilib. Xatırladaq ki, səfər zamanı 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerdə olublar. Azərbaycan tərəfi rəsmi olaraq bəyan edib ki, həmin mərminin istifadəsi qəbuledilməzdir və sənədləşdirilərək aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara göndəriləcək.
 Xatırladaq ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı Ermənistan ordusunun Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi açıq havada alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 798

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...