SİYASƏT
A- A A+

Azərbaycan XİN: Rəsmi Yerevanın açıqlamaları yenə də təxribatçı xarakter daşıyır

2016-05-19 09:15:06

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilən görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir

Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiyada keçirilən sessiyasındakı çıxışını şərh edərkən bildirib.

Mətbuat katibi deyib ki, bu gün bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir. Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə, Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o, bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu, çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri bu barədə ciddi qeyd götürməlidirlər.

H.Hacıyev bildirib ki, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik sülh” konsepsiyasından danışması yalnız istehza və gülünc doğurur. Öz vətəndaşlarının odlu silahlarla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. Aprelin 2-dən başlayaraq Ermənistanın qoşunların təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir. (AZƏRTAC)

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 984

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...