SİYASƏT
A- A A+

”ABŞ iyun görüşündən Qarabağ münaqişəsinin hərtərəfli həllini gözləyir”

2016-05-19 08:40:39

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayına planlaşdırılan növbəti görüşündən müsbət nəticələr və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini gözləyir

Fact-info..az saytı  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Riçard Millz jurnalistlərə açıqlamasında bildirib.
"Prezidentlərin iyun ayına təyin olunan görüşü nikbinlik doğurur", - deyə səfir qeyd edib.
Millz həm həmsədrlərin, həm də ABŞ hökumətinin adından ümid etdiyini bildirib ki, "bu görüş müsbət nəticələr verəcək və Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracaq".
O, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Vyanada baş tutan görüşü "müsbət olub".
ABŞ səfiri hər iki tərəfin 1994-95-ci illərin atəşkəs sazişləri üzrə öhdəliklərə bağlı olduqlarını təsdiq etmələrini müsbət nəticə adlandırıb.
O, həmçinin tərəflərin təmas xəttində baş verən insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılması üzərində işləməyə hazır olmalarını "iradə nümayişi" kimi xarakterizə edib.
"ATƏT-in Minsk qrupunun həmsədrləri bu tapşırıqların üzərində müntəzəm olaraq işləməyə hazırdırlar", — deyə səfir diqqətə çatdırıb.  


Kateqoriya : SİYASƏT Baxış sayı : 575

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...