TƏDQİQATLAR
A- A A+

Cənubi Qafqazın radiasiya təhdidləri

2016-05-18 19:00:21

Son günlər Ermənistanın Metsamor atom elektrik stansiyasındakı təhlükələr haqqında elektron mediada müzakirələrin aparılması və ümumilikdə bu sahəyə diqqətin artırılması müsbət haldır

 

Heç olmasa belə təhlükəli obyektlə bağlı  gec də olsa  problem ictimailəşir. Bəzən telekanallar, media  çox mənasız  mövzularla gündəmi zəbt edərək bu  tipli məsələlərə yer ayırmaq istəmirlər.  Yalnız hər hansı bir xoşagəlməz hadisə baş verəndən sonra belə  problemə diqqət artır.

Əlqərəz, Cənubi Qafqazın radiasiya soyqırımı olan Metsamor və  ümumilikdə bu problemlər ətrafında bəzi məqamlara nəzər salmaq istərdim. 2011-ci ilin  martın 11-də Yaponiya hadisələri,  “Fukusima 1”  atom elktrik stansiyasındakı qəzalar dünyada nüvə texnologiyalarının idarə olunmasına ciddi münasibət yaratsa da, görünür, dünya  dövlətləri  bundan yetərli nəticə çıxarmayıb.  Hərçənd ki, Yaponiyadakı həmin  “Fukusima 1”  atom elktrik stansiyasındakı avadanlıqlar bütün parametrlərinə görə, digər ölkələrlə müqayisədə  tam yeni nəsil texnologiyası sayılırdı. Lakin həmin qəzanın ağır nəticələri oldu.

Fukusima prefekturasında radiasiya zonasından 100 mindən artıq sakin evakuasiya olunmuşdu. Bu radiasiyanın insan sağlamlığında  ağır  fəsadları yəqinki özunü  göstərdi. Müasir Yapon texnologiyası əsasında yaradılan  “Fukusima 1” stansiyası bu qədər təhlükəli olduğu halda görün, sınıq-salxaq sovet texnologiyası ilə  tikilən Ermənistanın Metsamor AES-i nə gündədir?
Bütün narahatçılığa baxmayaraq  Ermənistan rəhbərliyi öz işindədir. Bundan artığını onlardan gözləmək düzgün deyil. Bunu anlamaq o qədər çətin olmaz.

Amerikalı ekspert Ceyms Moranın Ermənistanın Metsamor atom elektrik stansiyasına münasibəti diqqəti cəlb edir. Onun fikrincə,  “2011-ci il martın 11-də baş verən zəlzələ və sunami fəlakətindən sonra Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında yaşanan dramatik hadisələr nüvə enerjisinin bütün dünya üçün nə qədər təhlükəli olduğunu göstərib. Ermənistanın Metsamor stansiyası sovet dövründən qalıb və təhlükəsizliyi indiki standartlarına cavab vermir”.

 Məlum məsələdir ki, Metsamorda hər hansı partlayışdan  nə okeanın  o tayındakı Amerika,  nə də Avropa zərər  çəkəcək. Burada daha çox ziyan çəkəcək yaxın və qonşu ölkələrin əhalisi  olacaq.  Ona görə də bu məsələlər daha çox diqqətdə saxlanmalıdır, müxtəlif aksiyalar keçirilməlidir.  Nəhayət erməni də erməni xislətindən əl çəkib, bu stansiyanın aqibəti haqqında fikirləşməlidir. Əks təqdirdə dünyanın  və  Cənubi Qafqazın radiasiya soqırımlarının  statistikası  mütəmadi olaraq qeyd olunacaq.

Digər tərəfdən daha bir təhlükəli tendensiya mövcuddur.  Bu da ondan ibarətdir ki,  dünyada  mövcud olan terror təşkilatları nüvə silahı əldə etmək istəyir.  Ermənistanda   radioaktiv maddələrin nəinki düzgün idarə olunmaması, hətta onların satışa çıxarılması  terror təşkilatlarının istəyini daha tez reallaşdırmağa təkan verə bilər.  Bunu  təsdiqləyəcək məqamlar çoxdur.

 APA-nın  Ermənistanın Metsamor AES-i və ümumilikdə  radioaktiv maddələrin satışı ilə məşğul olan erməni mənşəlli şəxslər barəsində yaydığı  məlumatlar bu faktları bir daha təsdiqləyir. Bu gün heç şübhəsiz ki, nəzarətsiz zona olan Dağlıq Qarabağda və digər işğal olunmuş rayonların ərazisində terrorçu qrupların fəaliyyəti üçün imkanlar genişdir. Bu imkanlar radioaktiv maddələrin satışını və terror təşkilatlarının nüvə silahı əldə etməsinə təkan verir.

Onu da  unutmaq lazım deyil ki, Metsamor yalnız Azərbaycanın problemi deyil. Orada hər hansı partlayış və yaxud  zəlzələnin baş verməsi nəticəsində  baş verəcək fəlakət ilk növbədə Ermənistanın və orada yaşayan əhalinin fəlakətidir. Nəhayət Ermənistanla qonşu olan ölkələr də öz əhalisi haqqında düşünməlidirlər. Burada heç bir dövlətin ərazisi radiasiya tədidlərindən sığortalanmayıb. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Mən belə gəlir ki, burada ən böyük təhlükə erməninin xəstə təfəkkürüdür.  Bu gün Avropa məkanında sərhədlər aradan qalxır. Həmin ölkələrdə yaşayan ən sıravi vətəndaşın da təfəkküründə ətraf aləmə sayğı, doğma münasibət var. Təəssüf  ki, sivil yaşam tərzindən məhrum olan ermənidə və onların rəhbərliyində bu təfəkkür yoxdur.
Əkrəm Bəydəmirli


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1198

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...