MƏDƏNİ
A- A A+

Arzu Əliyevanın sənədli filminin Los Ancelesdə premyerası keçirilib

2016-05-18 10:40:45

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın prodüserliyi ilə 2015-ci ildə çəkilmiş “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin ABŞ-ın Los Anceles şəhərində premyerası keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, eləcə də Los Ancelesdə fəaliyyət göstərən, tanınmış kardioloqların toplaşdığı “Bir Ürək Xilas Et” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə 15 may 2016-cı il tarixində keçirilmiş premyera faşizm üzərində qələbənin 71 illiyinə həsr olunub. Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən, kimya üzrə Nobel mükafatı laureatı Arie Uorşel (Arieh Warshel), müxtəlif ölkələrin baş konsulları və konsulluq əməkdaşları, Azərbaycan, yəhudi və digər icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində “Bir Ürək Xilas Et” Xeyriyyə Cəmiyyətinin sədri, tanınmış kardioloq həkim İzhar Xaruzi (Yzhar Charuzi) çıxış edib. O qeyd edib ki, belə yüksək keyfiyyətli filmin istehsalı əlamətdar hadisə olmaqla yanaşı, tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya Müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından da önəmlidir.
Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev İkinci Dünya Müharibəsində ədalətin zəfər çalmasında Azərbaycan və azərbaycanlıların həm ön, həm də arxa cəbhədə misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını bildirən baş konsul, Azərbaycanın bu müharibədəki qurbanlarının sayının təxminən ABŞ-ın qurbanlarının sayına bərabər olduğunu qeyd edərək, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini diqqətə çatdırıb. O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. N.Ağayev, həmçinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışaraq, Qarabağ müharibəsində Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nasistlərin cinayətlərindən o qədər də fərqlənmədiyini, bəzi hallarda daha da dəhşətli olduğunu vurğulayıb.
Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçıların gurultulu alqışları və rəğbətilə qarşılanıb. Daha sonra isə baş konsul qonaqları maraqlandıran sualları cavablandırıb. 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1103

QHT və MEDİA

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...