İQTİSADİ
A- A A+

İspaniyanın məşhur səyahət və turizm jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

2016-05-17 08:30:44

İspaniyanın səyahət və turizmdən bəhs edən "Meet in" jurnalında Bakı İstedadlar Təhsil Kompleksinin ispaniyalı müəlliməsi Coanna Malolepsanın paytaxtımız haqqında məqaləsi dərc olunub

"Bakı avropasayağı, modern və çox təhlükəsiz şəhərdir" başlıqlı məqalədə ispaniyalı müəllimə şəhər haqqında təəssüratlarını bölüşüb.

C.Malolepsa Bakıya gəlməmiş buranı müsəlmanlardan ibarət tipik şərq şəhəri kimi təsəvvür edirmiş. Paytaxtımızı görəndən sonra bildirib ki, Bakı öz nikbinliyi, təmizliyi və çox baxımlı arxitekturası ilə məni heyran etdi. Bura XII əsrin memarlıq nümunələri ilə müasirliyi özündə birləşdirən bir incidir. Şəhərin bir neçə tarixi abidəsi UNESCO tərəfindən qorunan abidələr siyahısına daxildir. Dini baxımdan isə bu ölkə çox tolerantdır, həmçinin gender bərabərliyi hökm sürür.

Ölkə iqtisadiyyatı haqqında da danışan C.Malolepsa deyib ki, əsas gəlir mənbəyi neftdir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan devalvasiya Rusiya, Meksika, Venesuela kimi ölkələrlə yanaşı, Azərbaycana da təsir edib. Lakin fərq ondadır ki, ölkə hakimiyyəti alternativlər axtararaq iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə başlayıb. Məsələn, turizmə dəstək üçün ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər - "Eurovision", Avropa Oyunları və indi də “Formula-1” təşkil olunur.

Müsahib azərbaycanlılar haqqında da fikrini açıqlayıb. Buranın insanları çox humanistdir. Mənə maraqlı gələn cəhətlərdən biri də o idi ki, ictimai nəqliyyatda kişilər yaşından asılı olmayaraq qadınlara həmişə yer verirlər. Əgər bir qadın küçədə ağır yüklə gedirsə, həmişə onun köməyinə çatan var. Qısası, buranın kişiləri çox alicənabdır.

Bakını ən təhlükəsiz şəhərlərdən biri adlandıran Coanna Malolepsa vurğulayıb ki, bu şəhərdə heç kim gecələr tək çıxmağa qorxmur, heç vaxt kriminal hadisə ilə üzləşməzsən. Hətta bir ingilis əməkdaşımız küçədə pasportunu itirmişdi. Pasportu tapan şəxs Facebookda elan verərək bizim əməkdaşı tapıb və onun sənədini evinə gətirmişdi. Belə hallar çox olur.(AZƏRTAC)

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 870

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...