SİYASƏT
A- A A+

Bahar Muradova: Azərbaycana terror təhdidləri davam edir

2016-05-17 08:15:33

Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddənin əlavə edilməsi təklif olunur

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin keçirilən iclasında komitə sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edib.

 B.Muradova deyib ki, ötən aprel ayındakı döyüşlərdən sonra hərbçilərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi müəyyən edilib.

 Komitə sədri bildirib ki, ermənilərin bu vəhşi hərəkəti bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir: "Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləmizə əlavə edilməlidir".

 B.Muradova qeyd edib ki, son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi: "Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram".

 O əlavə edib ki, Azərbaycana yönəlik, Azərbaycana düşmən dairələr tərəfindən terror aktlarının törədilməsi və onların törədiləcəyi ilə bağlı hədələr, hətta ən ciddi silahla təhdid faktları hələ də davam edir.

 Vitse-spiker əlavə edib ki, özü terrora məruz qalmasına baxmayaraq, Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutur, beynəlxalq alyansın çox məsuliyyətli və vicdanlı üzvüdür: "Azərbaycan terrora məruz qalan bir ölkə kimi terrora qarşı bütün mübarizələrin ön cəbhəsində gedir".

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 793

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...