MÜSAHİBƏ
A- A A+

“Biz bu torpaqları azad edəcəyik”

2016-05-16 09:25:41

"Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir”.

Bu sözləri Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.  
Son hadisələrindən sonra bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir, bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirdi.
“Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş biruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. Bunlar kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar”,- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən bildirdi.  
Səfir aprel hadisələri zamanı dünya azərbaycanlılarının birliyindən, insanlarda olan vətənpərvərlik ruhundan da fəxrlə danışdı.
Bildirdi ki, ölkəmizin Rusiyadakı səfirliyinə döyüşlər gedən ərəfədə zənglərin ardı-arası kəsilməyib. Hər kəs torpaqlarımız uğrunda döyüşməyə, orduya kömək etməyə hazır olduğunu səfirliyə yazdığı məktublarla bildirib. 
“Vladivostokdan Kalininqrada kimi nə qədər azərbaycanlı bizə könüllü olaraq orduya yazılmaq istəyi ilə müraciət etdi. Hər bir azərbaycanlıda böyük bir ruh oyanıb. Azərbaycan xalqı vətənpərvər xalqdır. Biz bu torpaqları azad edəcəyik. Torpaqlarımızı heç kimin əlində qoymayacağıq”,- deyə səfir fəxrlə xalqımızdakı döyüş ruhundan da danışıb. 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1210

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...