QHT və MEDİA
A- A A+

Küveytin “Əl-Ray” qəzeti: “Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı”

2016-05-16 09:15:04

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Ray ” qəzetində “Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı” başlıqlı məqalə nəşr edilib

Bu barədə AZƏRTAC-a AzərbaycanınKüveytDövlətindəkisəfirliyindənməlumatverilib.

Məqalədə qeyd edilir ki, xəyallar və ziddiyyətlər, əsrarəngiz gözəllik diyarı olan, dünyanın 11 iqlim qurşağından doqquzunun mövcud olduğu Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etmiş Sovet İttifaqı ölkələrindən biridir və həyatın bütün sahələrində yüksəlmək üçün mübarizə aparan, Avropanın qibləsinə çevrilmək üçün səy göstərən bir diyardır. Asiya qitəsinin strateji nöqtələrindən biri olan və Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkə ən qədim sivilizasiya və tarixə malikdir.

Böyük tarixi və qədim mədəniyyəti özündə birləşdirən ölkə 6 mindən çox tarixi və memarlıq abidələrinə malikdir. Bu ölkə Böyük İpək Yolunun bir hissəsi kimi uzun zamanlar Asiyadan Avropaya ticarət marşrutlarında mühüm rol oynayıb. Şəki şəhərində yerləşən Xan Sarayı, Naxçıvanda Mömünə Xatun Türbəsi, ölkənin müxtəlif şəhərlərində tarixi məscidlər, minarələr, şimal sərhədinə müdafiə tarixinə aid körpü və qalalar və bu qədim tarixi abidələrdə unikal əl işlərindən, rəngarəng qrafikalardan istifadə olunub.

Müəllif ölkədə ətraf mühitin mühafizəsi barədə söz açaraq qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi üçün qəti tədbirlər həyata keçirib, hökumət tərəfindən xüsusi proqram hazırlanıb, lakin 2001-ci ildən başlayaraq proqramın yüksək səviyyədə həyata keçirilməsi istiqamətində tədbirlər daha da gücləndirilib. 2001-ci ildə ətraf mühitin qorunması məqsədilə dövlət büdcəsindən xüsusi vəsait ayrılaraq 7 böyük qoruq yaradılıb. Bundan sonra turizm Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsinə çevrilib. Ölkə böyük təbii və mədəni turistik məntəqələrə malikdir. Ölkə rəhbərliyi üçün turizm sahəsi prioritet sahələrdən hesab olunur və bu sahəni inkişaf etdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu ölkənin milli strategiyasıdır və bu sahəyə Azərbaycan iqtisadiyyatında daha çox sərmayə yatırılıb.

Müstəqillik əldə etdikdən sonra, Azərbaycanda təhsil sistemində struktur sahədə dəyişikliklər olub, sovetlər dövründə qadağan olunmuş dini təhsil də təhsil sisteminə daxil edilib, yenidən Azərbaycan dilində təhsilə daha çox üstünlük verilib. Azərbaycanlılar Körfəz ərəb ölkələri xalqlarından heç də fərqlənmirlər, onların da yaşayış səviyyəsi yüksək səviyyədədir, əksəriyyətinin lüks avtomobilləri və smartfonları vardır.

Azərbaycanda təhsil sistemi iki dildə - rus və ingilis dillərində tələbələrin özlərinin seçimi ilə həyata keçirilir. İmtahanlardan yüksək faiz toplayan tələbələr dövlət hesabına oxuyur və əlavə təqaüd alır. Ümumilikdə Azərbaycanda 26 universitet vardır ki, onlardan da yeddisi özəldir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri təmizliyinə və gözəlliyinə görə xüsusi fərqlənir. Küçəni bir tərəfdən o biri tərəfə keçmək istəyənlər onlar üçün ayrılmış piyada xətlərindən istifadə etmirlərsə, cərimələr tətbiq edilir. Şəhərdə təmizlik işləri gecə yarısı saat 12-dən başlayaraq səhər saat 5-dək davam edir, lakin parklarda isə bütün gün ərzində növbə ilə təmizlik işləri aparılır. Vətəndaşların ictimai təhlükəsizliyinin qorunması üçün isə hər parkda ən azı bir nəfər təhlükəsizlik əməkdaşı vardır.

Dünya şöhrətli iraqlı memar mərhum Zaha Hadidin layihəsi ilə Bakıda inşa edilən müasir memarlığın ən gözəl nümunəsi sayılan Heydər Əliyev Mərkəzi Bakının mədəniyyət mərkəzi olduğunu sübut edir. Əgər yaponlar Heydər Əliyev Mərkəzinin açılışında iştirak etsəydilər və onun möhtəşəmliyinin yaxından şahidi olsaydılar, 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları stadionunun həcmini kiçiltməyi düşünməzdilər. Heydər Əliyev Mərkəzi şəhərin mərkəzində yerləşir və 1000 oturacaqlı müasir texnologiyalarla təchiz olunmuş konfrans və iclas zalları vardır.

Azərbaycanda beynəlxalq və yerli xəbərlərin dərc olunduğu “Baku Sun”, “Azeri Times” kimi bir çox ingilis dilli qəzetlər mövcuddur. Eyni zamanda, “Az” jurnalı ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün bələdçi rolunu oynayan jurnallar da vardır. Azərbaycan və rus dillərində dərc edilən yerli və milli qəzetlərdə ölkə daxilində baş verən hadisələr, idman, maliyyə xəbərləri və avtomobil və daşınmaz əmlak haqqında məlumatlar nəşr edilir.

Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi kimi bir çox muzeylərin və tarixi abidələrin, eyni zamanda müxtəlif dillərdə çap olunmuş miniatür kitablar muzeyinin mövcudluğu bu ölkədə mədəni irsin və adət-ənənələrin yaxşı şəkildə qorunub saxlanıldığını əks etdirir.

Qobustandakı tarixi qoruq açıq havada inşa olunmuş bir muzeyə bənzəyir və süxurlar arasındakı yüksəkliklərdə azərbaycanlı alimlər 1938-ci ildə tunc dövrünə aid olan insan məskənini kəşf etmişlər. Qobustanda insanların qədim yaşayış tərzlərini və əmək fəaliyyətlərini əks etdirən insan, heyvan, ovçuluq və kollektiv əməyə aid 4 minə yaxın qaya üstü rəsmlər mövcuddur.

 Məqalənin sonunda xüsusi vurğulanır ki, Bakı şəhərində Azərbaycanın qədim adı olan “Odlar Yurdu”nu simvolizə edən yanar dağ mövcuddur. Dağa yaxınlaşdıqca yerin alt qatından çıxan qazın alışması nəticəsində havaya yüksələn alov dillərinin qeyri-adi mənzərəsinin şahidi olursan.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1670

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...