MÜSAHİBƏ
A- A A+

Tahir Tağızadə: “Sülh danışıqları regiona sülh və stabillik gətirə bilmir”

2015-04-16 23:45:43

Xalqımız üçün vacib məsələ torpaqlarımızı azad görməkdir

“Dağlıq Qarabağ münaqişəsi post-Sovet məkanında “dondurulmuş” adlandırılan münaqişələrdən biridir, lakin faktiki olaraq atəşkəsin pozulması itkilərlə nəticələndiyi üçün “dondurulmuş” anlayışından uzaqdır”. Bunu Britaniya mediasına müsahibəsində Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib. Səfir qeyd edib ki, Qarabağda münaqişə elan edilməmiş müharibə ilə başlayıb: “1980-ci illərin sonunda Ermənistan silahlı qüvvələrinin genişvüsətli işğalı başladı, sonradan müharibəyə çevrildi. Hərbi əməliyyatlar Azərbaycanın 20% ərazisini təşkil edən Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalına səbəb oldu”. T.Tağızadə bildirib ki, bir milyon azərbaycanlı Ermənistan və Dağlıq Qarabağdakı evlərini tərk etməyə məcbur edilərək qaçqın və məcburi köçkün status aldı: “100 minlərlə insanın çadır və vaqonlardan sığınacaq kimi istifadə etməsi ilə müşayiət edilən bu münaqişə 20-ci əsrin humanitar böhran kimi tanındı”. Səfir vurğulayıb ki, 1994-cü ildə atəşkəs əldə edildi və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə beynəlxalq sülh danışıqları başlandı: “Minsk qrupu ABŞ, Rusiya, Fransa və digər üzv dövlətlərdən ibarətdir. Sülh danışıqları 20 ildən çox davam etsə də, regiona sülh və stabillik gətirə bilmir”. “Bizim münaqişənin həlli ilə bağlı mövqeyimiz beynəlxalq hüququn prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsinə əsaslanır” - deyən səfir bildirib ki, Azərbaycan sülh prosesində xoşməramlılıq nümayiş etdirir: “Biz hələ də münaqişənin sülh yolu ilə həlli tərəfindəyik. Xalqımız üçün vacib şey torpaqlarımızı azad görməkdir”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1533

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...