SOSİAL
A- A A+

"Leyli və Məcnun" operasında Leyli rolunda ilk dəfə Türkiyə sənətçisi çıxış edəcək

2016-05-13 09:50:30

Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası Ankara Dövlət Opera və Balet Teatrında nümayiş etdiriləcək

Azərbaycanın xalq artisti Mənsum İbrahimov "Report"a açıqlamasında deyib ki, mayın 14-də tamaşanın premyerası keçiriləcək.

Onun sözlərinə görə, iki aydır Ankara Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının məşqləri gedir: "Bu gün son məşqdir. Mayın 14-də ölməz əsərin premyerasını nümayiş etdirəcəyik. İlk tamaşada Leyli rolunu Ankara Opera və Balet Teatrının solisti Selva Erdener ifa edəcək".

Xalq artisti bildirib ki, "Leyli və Məcnun" operası mayın 14-dən başlayaraq üç gün müddətində türk tamaşaçılara təqdim olunacaq: "Mayın 15-də təqdim ediləcək tamaşada Məcnun obrazını İlkin Əhmədov, Leyli obrazını gənc xanəndə Arzu Əliyeva ifa edəcəklər. Mən ilk dəfədir ki, hər iki Leyli ilə tərəf müqabili olacam. Yəni ilk dəfədir ki, Məcnun Mənsum İbrahimovun Leyliləri olacaq. Türk solistlə çalışmaq çətin, amma maraqlıdır. Selva Erdener ilk dəfə muğam operasında çıxış edir".

Tamaşanın quruluşçu rejissoru Əflatun Nemətzadə, dirijoru professor Fəxrəddin Kərimovdur. Muğam partiyalarını tarda əməkdar artist Elçin Həşimov, kamançada Elnur Əhmədov ifa edəcəklər.

Qeyd edək ki, "Leyli və Məcnun" operasının Ankarada səhnəyə qoyulmasının təşkilatçısı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Dövlət Opera və Balet Teatrıdır.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1273

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...