2023-01-24 17:55:16 | QHT VƏ MEDİA
Səməd Vəkilov: “Azərbaycan QHT-lərinin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”.

QHT-in etiraz aksiyayası  yümşaq güc və dünya təcürbəsi konteksində. 

Qarabağ İqtisadi zonasına daxil olan mineral ehtiyyatlarla zəngin olan ərazilərə-Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına yönəlik tədbirlərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan dövlətinin müvafiq qurumlarının sözügedən ərazidə monitorinq aparmasına şərait yaradılması məqsədi ilə  12 dekabr 2022-ci il tarixində Laçın-Xankəndi dəhlizinin Şuşa ərazisində Azərbaycan QHT-nin başladığı aksiya uğurla davam etməkdədir.

Lakin bu aksiyaya kölgə salmaq cəhdləri getdikcə intensivləşməkdə davam edir. Aksiyanın məqsədini daha yaxşı dərk etmək üçün dünyada qəbul edilmiş müqaisəli təhlil metodu konteksində hadislərə qiymət versək daha səmərəli olar. Cənubi Qafqazın ən iri tarnsmilli  layihəsi  olan Bakı-Tbilisi Ceyhan  boru kəmərinin çəkilməsi ilə bağlı Gürcüstan ekoloji fəallarının 2000-ci illərin əvvələrində həyata keçirdiyi etiraz aksiyalarına nəzər salaq.

 

cf4359559a644df0b31bb4d07f6b96b524120231

2003-cü ilin əvvəlində  Beynəlxalq Neft Konsorisumunun dəstəklədiyi Bakı-Tbilisi Ceyhan neft kəmərinin tikintisinə başlanmalı idi. 2002-ci ilin noyabr-dekabr aylarında  Gürcüstanda ekloji fəallar bu layihənin ekoloji zərələrinə etiraz edərək etiraz aksiyalarına başladılar.

 Jurnalist Gennadi Abamroviç həmin vaxtda hazırladığı məqalədə yazır: “Keçən həftə yaşıl qeyri-hökumət təşkilatlarının 11 saatlıq etirazı nəticəsiz qaldı - Azərbaycandan Türkiyəyə neftin Gürcüstan vasitəsilə nəqlini nəzərdə tutan nəhəng neft kəməri layihəsinin arxasında duran beynəlxalq konsorsium 2003-cü ilin əvvəlində işə başlamaq üçün yaşıl işıq yandırdı. Dekabrın 2-də səhər saatlarında ekspert komissiyasının 35 saat davam edən iclasından sonra Gürcüstanın ətraf mühitin mühafizəsi naziri Nino Çxobadze jurnalistlərə açıqlamasında Bakı-Ceyhan neft kəmərinin tikintisi layihəsinin sponsor qrupunun rəhbəri kimi BP-yə belə icazə verildiyini açıqlayıb”.

Hansı ki, ağır iqtisadi vəziyyətdə olan Gürcüstan  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin öz ərazisindən keçməsi ilə ölkənin bir çox iqtisadi və enerji problemlərini həll etməyə planlaşdırırdı.

Ekoloji ekspertlər və bu sahədə fəaliyyət göstərən QHT-lər  öz hökümətlərinin bu  layihə ilə bağlı siyasətini tənqid edir  hökumətlərini  neft şirkətlərinin təzyiqlərinə çox asanlıqla boyun əyməkdə ittiham edirdilər. Neft kəmərinin Gürcüstan ərazisindən keçməsi ilə bağlı ekoloji ekspertlərə öz narahatlıqlarını ifadə etmək, etirazlarını çatdırmaq üçün onlara  çox az vaxt verilməsini də tənqid edirdilər.

Bu layihə ilə bağlı BP tərəfindən hazırlanmış “Neft kəmərinin ətraf mühitə və sosial mühitə təsiri haqqında” sənəd Gürcüstan hökuməti, investorlar və ətraf mühit mütəxəssisləri arasında fəal danışıqların mövzusu oldu. Gürcüstan ictimaiyyətini həyəcanlandıran əsas problem investorların mineral su mənbələri ilə məşhur olan Borjomi dərəsinin Gürcüstanın əsas ixrac məhsullarından biri olan unikal kurort zonasından neft kəməri çəkmək niyyəti idi.

Nazir bildirib ki, Gürcüstan tərəfi tikintiyə başlamaq icazəsini layihənin ekoloji təhlükəsizliyini təmin etmək üçün 16 vərəq əlavə tələblərlə müşayiət edib və onlardan ən azı birinə əməl olunmazsa, Gürcüstanın sənədi ləğv etmək hüququ var.

Bununla belə, irəli sürülən şərtlərin mahiyyətini daha sonra şərh edən Çxobadze etiraf edib: “Tələblər daha sərt olmalı idi, lakin biz başqa cür layihədən tamamilə imtina etməklə hədələyən investorların təzyiqi altında təslim olduq”.

Bu arada Gürcüstanın qeyri-hökumət təşkilatları mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan edirlər.

“Yaşıl Alternativ” QHT-nin rəhbəri Manana Kochladze deyib: “Biz gələcəkdə beynəlxalq maliyyə institutları ilə danışıqlarda investorlar üçün çox böyük problemlər yarada bilərik”.

 Gürcüstan QHT-in etirazı fonunda  ilk  baxışda  QHT-lə   Gürcüstan  dövləti arsında  fikir ayrılığının mövcud olması kimi görsənir. Lakin Gürcüstan dövləti yumşaq gücdən səmərəli şəkildə istifadə etdi. Nəticədə  Gürcüstandakı eko fəalların etiraz aksiyalarında Gürcüstan dövləti yararlandı. Layihə çərçivəsində Gürcüstana ödəniləcək məbləğ bir neçə dəfə artmış oldu.  Şübhəsiz ki, Azərbaycan QHT-nin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq.

 

Müvəkkil Hüquq Mərkəzinin sədri,

Hüquq müdafiəçisi Səməd Vəkilov

Baxış sayı : 148
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05