2023-01-24 10:30:13 | SİYASƏT
Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Yanvarın 23-də Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bu barədə Fact-info.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır. Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb.

Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bugünədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.

Baxış sayı : 108
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05