MƏDƏNİ
A- A A+

“Naxışlarda yaşayan Şuşa”

2016-05-10 09:25:45

Mayın 8-də Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir təşkil olunub

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin Şuşa filialının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Şuşa şəhərinin zəngin tarixindən söz açıb.
Bildirib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi bütün sahələr kimi, xalçaçılıq sənətimizə da ağır zərbələr vurub. Hazırda Azərbaycanın bu qədim bölgəsində əlvan naxışlı xalçalar toxunmasa da, xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələri yaşatmaqdadır.
Qeyd olunub ki, tarixi inkişaf prosesində Şuşa xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatına həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir.
XVIII əsrdən başlayaraq Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilən məişət əşyalarından götürülmüş təsvirlərdən yeni çeşnilər hazırlanır, “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulud” kimi maraqlı kompozisiyalı xalçalar toxunurdu. Məhz bu dövrdən etibarən Şuşa şəhərində Qarabağ xalçaçılıq məktəbinin yeni inkişaf dövrü başlayıb. Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovuşuğunda yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə, bədii və texnoloji cəhətdən yüksək səviyyəyə çatmasına zəmin yaradıb. Vurğulanıb ki, şəhərin düşmən tapdağı altında olmasına baxmayaraq, bu gün Şuşa Xalçaçılıq Məktəbi dövlətimiz tərəfindən qorunaraq yaşadılır.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək Şuşa şəhərində düşmən ordusu tərəfindən məhv edilmiş maddi mədəniyyət nümunələri haqqında məlumat verib. Qeyd olunub ki, dağıdılan qiymətli tarixi-mədəniyyət ocaqları arasında Şuşa rayon Xalça Muzeyi də olub. Bildirilib ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı sayılan Şuşa şəhəri 24 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: “Amma bu belə davam edə bilməz. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək. Ulu Öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”.
Əməkdar Mədəniyyət İşçisi, professor Röya Tağıyeva çıxış edərək Şuşa xalçaçılıq sənəti haqqında qonaqlara ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu qonaqlara təqdim edib.
Tədbirin bədii hissəsi Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının repertuarında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” əsəri əsasında səhnələşdirilmiş tamaşasından hissələr təqdim olunması ilə başlayıb.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 795

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...