2023-01-13 09:00:15 | MƏDƏNİYYƏT
Ömər Faiq Nemanzadənin 150 illiyinə həsr olunan tədbir keçirilib

Bakı Kitab Mərkəzində Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin 150 illiyinə həsr olunan “Bir adam lazımdır” adlı ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə ədibin nəvəsi Fuad Pepinov və nəticəsi Ülviyyə Pepinova böyük şəxsiyyət Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığından, şəxsi keyfiyyətlərindən, ictimai fəaliyyətindən danışaraq, ona verilən böyük dəyərə görə ailə üzvləri adından tədbir təşkilatçılarına, həmçinin iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Ömər Faiq Nemanzadənin öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirdiyini vurğulayan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, ədib Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib: “O, bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib. Ö.F.Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biridir, eləcə də Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkirdir. Onun publisistikası Molla Nəsrəddində olduğu kimi satirik olmasa da, XX əsrin əvvəlləri Azərbaycan publisistikasının qiymətli səhifələrindən biridir. Ö.F.Nemanzadənin publisistikasında dövrün ən mühüm məsələləri həm publisist baxımdan bir vətəndaş kimi, həm də elmi baxımdan bir ziyalı kimi qoyularaq həll olunub”.

ADA Universitetinin rektoru Hafiz Paşayev Ö.F.Nemanzadənin ictimai-siyasi fəaliyyəti, onun çağdaş ədəbiyyatşünaslıqda yeri barədə danışaraq vurğulayıb ki, Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin dostluğu “Şərqi-rus” qəzetindən başlayıb və jurnalla mollanəsrəddinçilərin əlaqələndirilməsində Ö.F.Nemanzadə böyük körpü rolunu oynayıb: “Onun satirik əsərləri çox azdır, tənqidi məqalələri var. Mirzə Cəlillə çiyin-çiyinə çalışıb və sona qədər onun ideallarına sadiq qalıb. Mirzə Cəlilin ən yaxın silahdaşı olub. Həmin dövrlər “Molla Nəsrəddin” məktəbi də vardı, amma elmi publisistika yeni formalaşırdı. O, Azərbaycanda elmi-analitik publisistikanı yaradanlardan biridir. Ö.F.Nemanzadənin əsərləri bir neçə dəfə çap olunub”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, həmçinin Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görkəmli ədibin ictimai-siyasi baxışlarını, geniş maarifləndirici və publisistik fəaliyyətini diqqətə çatdırıblar. Onun çoxşaxəli yaradıcılığından bəhs edilərək, doğma xalqının mədəni dirçəlişi, istiqlalı, eyni zamanda xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə apardığı vurğulanıb. Bildirilib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazıb: “O, son dərəcə mürəkkəb şəraitdə mətbuatın inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır”.

Çıxış edənlər azərbaycançılıq məfkurəsinin Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil etdiyini nəzərə çatdırıblar.

Tədbirdə xalçaçı rəssam Afaq Kərimovanın batika üslubunda yaratdığı ədibin portretinin təqdimatı olub. Eyni zamanda, bədii-qiraət nümunələri səsləndirilib və istedadlı musiqiçilərin ifasında Azərbaycan klassik bəstəkarlarının əsərlərindən musiqilər ifa olunub.

Qeyd edək ki, ədəbi-bədii gecə Prezident İlham Əliyevin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

Baxış sayı : 134
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05