SİYASƏT
A- A A+

Şuşanın işğalından 24 il ötdü

2016-05-08 09:25:25

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.

Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan, əsrlər boyu düşmən həmlələrinə mərdliklə sinə gəlmiş, tarixi boyu heç bir düşmən sərkərdəsinə baş əyməyən, Azərbaycanın qeyrət qalası olan Şuşa 24 ildir yağı tapdağı altındadır.

Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi 289 kvadrat kilometr, əhalisinin sayı 241 165 nəfər idi. Rayonun tabeçiliyində Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Allahqulular, Böyük Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Turşsu, Zarıslı, Nəbilər kimi böyük yaşayış məntəqələri var idi. Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi. Şuşa müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları  ilə zəngin idi. Turşsu və Şırlan bulaqları təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində məşhur idi.

Azərbaycan musiqisinin beşiyi sayılan Şuşada onlarla tarixi abidə var idi. Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı «Gövhər ağa məscidi», Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən tərəfindən güllələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ərazisinin 20 faizini meşələr təşkil edən şəhərin ümumi sahəsi 29 356 hektardır. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılıb. Ən iri mineral su bulaqları Turşsu və Şirlandır. Şuşa rayonunda təsdiq edilən ehtiyatları 1143 min kub metr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kub metr olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kub metr/gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min kub metr/gün və 25 min kub metr/gün olan Şirlan və Turşsu mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilən 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılan videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Belə ki Şuşa şəhərində Qarabağ meşələrinin nadir çoxillik ağaclarından yanacaq kimi istifadə olunub. Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağaclar kəsilib. Ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb.

Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib. Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb.

Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib. Halbuki Qarabağ savaşı zamanı ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 800-dən çox məscidi dağıdıblar. Buna baxmayaraq, Bakıdakı erməni kilsəsi bugünədək qorunub saxlanılır. Azərbaycanın alınmaz qalası hesab olunan Şuşanın işğalından sonra digər rayonlarımızın işğalı üçün zəmin yarandı. Bir-birinin ardınca Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tapdağı altına düşdü. Əsrlər boyu babalarımızdan bizə miras qalan torpaqlarımızın ən gözəl guşələri bu gün düşmən tapdağı altında inləyir. İnnanırıq ki, Şuşa şəhəri də daxil olmaqla işğal altında olan digər torpaqlarımız da erməni işğalından azad ediləcək, elindən-obasınından didərgin düşən qaçqınlar yenidən öz yurduna qayıdacaqlar.

 Qeyd edək ki, Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. 60 nəfərə yaxın mülki şəxs girov götürülüb və itkin düşüb. Onların bir çoxu bu günə qədər azad olunmayıb.    


Kateqoriya : SİYASƏT Baxış sayı : 415

QHT və MEDİA

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

2018-04-21 21:15:39

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasətində, abi...
Ermənistanın işğalçılıq siyasətində, abi...

Azərbaycan ərazilərinin işğal edilməsi, tarixinin və mədəniyyətinin mənimsəni...

CƏMİYYƏT

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

İQTİSADİ

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...

2018-04-20 07:55:10

İQTİSADİ
“Hərbi əməliyyatlarda həlak olan 8800 nə...
“Hərbi əməliyyatlarda həlak olan 8800 nə...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...