SOSİAL
A- A A+

Münaqişə dövründə itkin düşmüş, əsir və girov götürülənlərin sayı açıqlandı

2016-05-07 09:40:47

“Aparılmış araşdırmalar nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə altı mindən artıq Azərbaycan vətəndaşının itkin düşməsi, əsir və girov götürülməsi faktı müəyyən edilib”

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O, qeyd edib ki, ötən müddət ərzində 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub.

E. Səmədov bildirib ki, hazırda Komissiyada 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Onlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq olub”.

İşçi qrupunun rəhbərinin sözlərinə görə, itkin düşmüş 3801 nəfərdən 877 nəfərinin əsir, girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal edilən ərazidə qalması faktı müəyyən edilib.

O bildirib ki, Ermənistanın bu faktları gizlətməsi barədə Dövlət Komissiyasında məlumatlar var.

E. Səmədov əlavə edib ki, aprelin əvvəlində cəbhə xəttində həyatını itirən insanların meyitlərini gizlətməklə Ermənistan psixoloji təzyiq göstərməyə çalışır. Beynəlxalq qurumlarla birlikdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə həlak olmuş hərbçilərin meyitləri dəyişdirilərkən Ermənistan öz xislətinə uyğun olaraq gizli videoçəkiliş aparmağa cəhd edib.

O, əlavə edib ki, Ermənistan 2010-cu ildə təmas xəttində şəhid olan Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olmasını da uzun müddət təkzib etmişdi.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1205

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...