QHT və MEDİA
A- A A+

“Reuters” erməni atəşləri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayıb

2016-05-06 09:30:18

“Reuters” agentliyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, ermənilərin artilleriya atəşləri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayıb

Reportajda bildirilir ki, bir ay əvvəl cəbhə xəttində atəşin dayandırılması barədə razılıq əldə edilməsinə baxmayaraq, silah səsləri hələ də eşidilir və insanlar həlak olurlar.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verir, müharibə nəticəsində minlərlə insanın həlak olduğunu, yüz minlərlə insanın öz yurdundan didərgin düşdüyünü diqqətə çatdırır.

Ermənilərin artilleriya zərbələri nəticəsində dağıntılarla yerində tanış olan xarici jurnalistlərin tərkibində Azərbaycanın cəbhə xətti yaxınlığında yerləşən kəndlərində olan agentliyin müxbiri aprelin əvvəlində dörd gün davam edən toqquşmalarda onlarla insanın həlak olduğunu bildirir, yerli sakinlərin müsahibələrini təqdim edir. Sakinlər aprelin 5-də əldə olunmuş atəşkəs razılığının hər gün pozulduğunu qeyd edirlər.

Ağdamın təmas xəttindən cəmi altı kilometr məsafədə yerləşən Sarıcalı kəndində ingilis dili müəllimi işləyən Maral Abdullayeva ermənilərin açdıqları atəşlər nəticəsində çalışdığı məktəbin binasının dağıldığını, dərslərin yarımçıq qaldığını deyir. M.Abdullayeva danışa-danışa yaşadığı kiçik evin divarındakı güllə izlərini də göstərir.

Müəllif vurğulayır ki, Cənubi Qafqazda daha bir qaynar nöqtənin qeyri-sabitliyi dərinləşdirməsindən ehtiyat edən Avropa ölkələri bu vəziyyətdən narahatdırlar.

Kənd sakıni Aygül Hüseynova da hər gün atəş səsləri eşitdiklərini söyləyir. Onun evi dağılıb, mal-qarası tələf olub, özü isə qohumlarının evinə köçməyə məcbur qalıb. O, kənddə bütün elektrik xətlərinin dağıdıldığını, tarlada işləməyə belə gedə bilmədiklərini deyib.

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 831

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...