SİYASƏT
A- A A+

“Arthur J. Finkelstein & Associates”: Azərbaycan əhalisinin 96,8 faizi Prezident İlham Əliyevə etibar edir

2016-05-05 21:30:32

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər rayonlarında aparılmış hərbi əməliyyatlar Prezident İlham Əliyevə və hökumətə böyük dəstək verən Azərbaycan xalqını daha sıx birləşdirdi

ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı “Arthur J. Finkelstein & Associates” (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlətimizin başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu bildirib, Azərbaycan ordusunun cavabının səmərəliliyini “əla” və ya “yaxşı” qiymətləndirib.

Rəyi soruşulanların böyük əksəriyyəti qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlarının işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir. Əhalinin əksəriyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazırdır.

Bundan əlavə, azərbaycanlıların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləyir, ölkədə sosial sabitlik yaradıldığına görə hökumətin fəaliyyətini yüksək qiymətləndirir, Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirir. Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirib ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində əla, yaxud yaxşı işləyib.

Demək olar ki, hər zaman əhali ölkə ilə ailələrinin üzləşdiyi məsələlər arasında böyük fərq qoyur. Lakin hazırkı vəziyyətdə elə bir şərait yaranıb ki, 81,5 faiz respondent ölkənin, 53,6 faiz respondent isə ailələrinin üzləşdiyi bir nömrəli məsələnin Dağlıq Qarabağ problemi olduğunu deyir.

Respondentlərin təxminən 100 faizi ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyib.

“Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox, yaxud daha az vətənpərvər etdi?” sualına cavabda respondentlərin 97,3 faizi “daha çox” deyə cavab verib.

Rəyi soruşulanların 84,4 faizi Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab etdiyini bildirib.

Dağlıq Qarabağ məsələsi insanların fikirlərinə açıq-aşkar hökmranlıq etdiyi, eləcə də insanların hökumətin işğal edilmiş ərazilərdə gördüyü işlərin arxasında birləşməsinə səbəb olduğu bir vaxtda, Azərbaycan xalqı iqtisadi islahatlar və sabit cəmiyyət qurmaq kimi bir sıra digər məsələlərlə bağlı hökumətə yüksək qiymət verir. Korrupsiya ilə mübarizəyə gəldikdə isə azərbaycanlıların əksəriyyəti bildirir ki, hökumət əla və ya yaxşı iş görüb, lakin hələ də irəliləyiş əldə oluna bilər.

“Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?” sualına respondentlərin 78,1 faizi “bəli” cavabını verib.

Rəyi soruşulanların 91,4 faizi Azərbaycanda sosial sabitlik səviyyəsini yüksək qiymətləndirib.

Sorğu aprelin 23-29-da “Arthur J. Finkelstein & Associates” tərəfindən səsvermə yaşına çatmış 1200 azərbaycanlı arasında aparılmış milli sorğuya əsaslanır. Sorğuda etibarlılıq: 95 faiz. Faizdə yanlışlıq: +/- 2.83 faiz. (AZƏRTAC)

   

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 531

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...