SOSİAL
A- A A+

Litvada Qarabağ mövzusunda kitab nəşr edilib

2016-05-04 10:35:31

Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzusunda qələmə aldığı “Boz eşşəyin məktubları” adlı hekayəsi litva dilində işıq üzü görüb

 Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə işıq üzü görən hekayə Yazıçılar İttifaqının “Literatura ir Menas” həftəliyinin aprelin 8-də çap edilən 14-cü sayında dərc olunub.

Əsəri orijinaldan litva dilinə tanınmış türkoloq alim və tərcüməçi, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas və tərcüməçi Mahir Həmzəyev tərcümə ediblər. Kitabın illüstrasiyası tanınmış latış rəssamı və qrafika əsərləri ustası Lasma Puyatenin linoqravür texnikası üsulu ilə yaratdığı “Resolve” (“Düyün”) adlı əsərindən götürülüb.

Qeyd edilib ki, bu tərcümə Litva oxucularının E.Hüseynbəyli yaradıcılığı ilə ilk tanışlığı deyil. Belə ki, 2013­cü ildən indiyədək Litvanın ədəbi­bədii jurnallarında Azərbaycan nasirinin yeddi əsəri oxuculara təqdim olunub. Bunlardan ikisi Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

Litva Azərbaycanlıları Cəmiyyətinin bu istiqamətdə gördüyü işlərin əsas məqsədi litvalı oxucuları müasir Azərbaycan nəsrinin önəmli nümunələrilə tanış etmək, xalqlarımızın mədəniyyətlərarası dialoqunu inkişaf etdirmək, həmçinin Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bədii üsullarla Litva ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Bundan başqa, təşkilatın prioritet hədəflərinə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, tarixi faktları Litva ictimaiyyətinə çatdırmaq, ölkədə bununla əlaqədar təbliğat və maarifləndirmə tədbirləri keçirmək, Ermənistanın işğalçı siyasətini ifşa edərək onu qınaq hədəfinə çevirmək, problemin ədalətli həllinə Litva Respublikası Seymi və Hökuməti tərəfindən siyasi dəstəyin verilməsi üçün lazımi lobbiçilik fəaliyyəti qurmaq da daxildir.(AZƏRTAC)

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1285

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...