MÜSAHİBƏ
A- A A+

Badri Natçkebia: Ermənistan regionda yeganə radioaktiv tullantılar mənbəyidir

2016-05-04 10:05:02

Gürcüstanda üçü Ermənistan vətəndaşı olmaq altı nəfərin uran elementi ilə tutulması yenidən müzakirə mövzusu olub

Analitiklər, siyasətçilər və ekspertlərin fikrincə, tutulan maddə nüvə silahı istehsalı üçün yararlı olmasa da, çirkli radioaktiv maddə kimi cəmiyyət üçün ciddi təhlükə mənbəyidir.
Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia AZƏRTAC-a müsahibəsində deyib: “Cənubi Qafqaz regionu öz mürəkkəbliyi və vacibliyi ilə seçilir. Gürcüstan və Azərbaycan Qərblə Şərqin körpüsü hesab olunur. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi qüvvələr və ölkələr bizim dövlətlərimizin inkişafını və möhkəmlənməsini istəmirlər. Ona görə də müxtəlif yollarla bizə ciddi maneələr törədirlər. Gürcüstan ərazisində üçü Ermənistan vətəndaşı olmaqla altı nəfər nüvə silahı və ya reaktoru üçün istifadə olunan uranı satmaq istəyərkən yaxalanıblar. Bundan bir neçə gün sonra daha bir neçə nəfər iki kiloqrama yaxın uranla tutuldu. Hətta onlar həmin maddəni milyonlarla ABŞ dollarına satmaq üçün müştəridə tapmışdılar. Sual yaranır, bu radioaktiv maddələr haradan gətirilə bilər? Gürcüstanda 20 ildən çoxdur atom reaktoru yoxdur. Radioaktiv maddələri 20 il bundan əvvəl Gürcüstandan çıxarılıb. Azərbaycanda isə nüvə reaktoru ümumiyyətlə olmayıb. Belə olan halda deyə bilərik ki, Cənubi Qafqazda ən real mənbə Ermənistandır. Həbs olunanlardan bir neçəsinin Ermənistan vətəndaşı olmasını nəzərə almasaq belə, nəticə etibarilə deyə bilərik ki, bu maddə Ermənistandan gətirilir. Ermənistan Atom Elektrik Stansiyası region və digər qonşu ölkələr üçün çox ciddi radioaktiv təhlükə mənbəyidir. Düşünmək olar ki, uzun illər ərazində, xüsusən də xaos dövründə bu təhlükəli maddə kimlərinsə əlinə keçib və indi üzə çıxarılır. Burada qəribə və ya gizlədilməli heç nə yoxdur. Bu, ən böyük ehtimaldır”.
Politoloqun fikrincə, bu cür maddələrin əldə olunmasında maraqlı olan qüvvələrdən biri də terror qruplarıdır. Nüvə texnologiyası, nüvə silahını əldə etmək hər bir terror təşkilatının arzusudur. Bəzi ölkələr hətta bu silahı almaq üçün cəhdlər göstərdilər. Bu, çox ciddi şantaj vasitəsidir. Bütün hallarda uran elementinin terrorçuların əlində olması çox ciddi narahatlıq yaradan məsələdir: “Düzdür. Deyirlər ki, həmin şəxslərdən götürülən uran vasitəsilə nüvə silahı istehsal etmək olmaz. Amma nəzərə almalıyıq ki, məsələ təkcə silahların yaradılmasında deyil. Uran özü-özlüyündə çox təhlükəli maddədir. Bu maddə ilə ətraf mühiti, içməli su hövzələrini, bir sözlə, flora və faunanı ciddi şəkildə zəhərləmək olar”.
Badri Natçkebia bu cür maddələrdən istifadə olunmaqla regionda həyata keçirilən irimiqyaslı layihələrin də terrora məruz qalmasını istisna etməyib: “Gəlin 2008-ci ilin 4 avqust hadisələrini xatırlayaq. İlk növbədə həmin dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərində terror hadisəsi törədildi, sonra müharibə başlandı və bu 5 günlük müharibə nəticəsində biz ərazilərimizin 20 faizini itirdik. Ona görə də indiki zamanda da hər hansı bir layihənin, kəmərin, yolun yenidən terrora məruz qalacağını istisna etmirəm”.
O bildirib ki, Şimali və Cənubi Qafqazda mövcud olan terror təşkilatların bəziləri hətta beynəlxalq miqyasda tanınırlar. Bəzi qüvvələr bu təşkilatlardan böyük və kiçik dövlətlərin ərazisində sabitliyi pozmaq, münaqişə ocaqları, xaos yaratmaq üçün istifadə edirlər.
“Ona görə də regionda hər hansı bir terror hadisəsinin baş verə biləcəyini, irimiqyaslı layihələrin və ümumilikdə xalqlarımızın bundan əziyyət çəkməsini istisna etmirəm”, – deyə Natçkebia vurğulayıb.

 

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 521

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...