CƏMİYYƏT
A- A A+

Polad Bülbüloğlu: “Həmsədr ölkələr, o cümlədən Rusiya “DQR”in tanınması məsələsi ilə bağlı mövqeyini bildirməlidir”

2016-05-03 21:20:30

“Bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək”

“Əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir”.

Bu sözləri “Qovorit Moskva” radiosuna müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. “Hesab edirəm ki, sağlam məntiq qalib gələcək. Bu məsələ bir neçə dəfə Ermənistan parlamentində qaldırılıb. Hər dəfə sağlam məntiq qalib gəlib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması aprelin 2-də Ermənistan tərəfindən törədilən təxribatla eynidir. Azərbaycan bu gün də sülh danışıqlarına hazırdır, baxmayaraq ki, Azərbaycan ərazisi hər gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur”, - deyə səfir qeyd edib. 

P. Bülbüloğlu bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşəcəyini söyləyib: "Çünki bunun nəticəsi çox mənfi olacaq. Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə həllinə hazırıdır. Əgər bu baş verməyəcəksə, biz münaqişənin hərbi yolla həllinə hazırıq. Əlbəttə, biz istəmirik ki, insanlar həlak olsun. Lakin bizə başqa çıxış yolu qoymurlar. Münaqişənin dondurulması çıxış yolu deyil. Problemin həlli çox sadədir. Beynəlxalq hüquq var. İşğal altındakı torpaqlar geri qaytarılmalıdır. Ermənistan qoşunları oradan çıxarılmalıdır. Son hadisələr də göstərdi ki, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri vuruşur. İkinci məsələ Dağlıq Qarabağın statusu məsələsidir. Amma öncə işğal altındakı torpaqlar azad olunmalıdır. Bu məsələ həll olunan məsələdir. 20 ildən çoxdur ki, ATƏT-in Misnk Qrupunun bu məsələ ilə məşğul olur. Təkliflər masa üzərindədir. Lakin Ermənistan tərəfi bütün hallarda qərarların icra edilməsindən qaçır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ermənistanın son addımı isə danışıqlar prosesindən imtina etməkdir. O zaman biz nə etməliyik? Ermənistan danışıqlar prosesindən imtina edirsə, bizə başqa yol qoymur”. (apa)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 858

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...