2022-11-28 09:20:20 | MƏDƏNİYYƏT
İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub

İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub.

İsveç Krallığının paytaxtı Stokholm şəhərinin Sollentuna Bələdiyyəsinin kitabxanasında baş tutan təqdimatda, jurnalistlər, Azərbaycan və türk diasporunun, yerli ictimaiyyətin, akademik dairələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci ilin martında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Daimi Şurası Şuşanı 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edib. "Şuşa İli" çərçivəsində Şimali Avropa ölkələrində keçirilən müxtəlif tədbirlər haqqında məlumat verən diplomat bu tədbirlərin mahiyyəti barəsində danışıb. Şuşa şəhərinin ölkəmizin mədəniyyətində, tariximizdə və milli təfəkkürümüzdə tutduğu yerə toxunan Zaur Əhmədov bu vacib yerə sahib Şuşa haqqında bəhs edən növbəti təqdimatın məhz İsveçdə keçirilməsini və "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsində çoxşaxəli mövzularla məlumat verilməsini yüksək qiymətləndirib.

Ardınca çıxış edən, "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri və layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qonaqları salamlayaraq Şuşa şəhərinin bütün Türk dünyasında yüksək mədəni-mənəvi əhəmiyyətinin əsaslarından və Avropa auditoriyası üçün maraq doğuran amillərdən danışıb. O vurğulayıb ki, Şuşanın mədəniyyət kodu Pənah Əli xanın yaratdığı xoşbəxt şəhər konsepsiyasına əsaslanır.

Birliyin sədr müavini Sindi Şükürova Azərbaycan-İsveç münasibətlərinin tarixi inkişaf yolu haqqında çıxış edərək Azərbaycanın İsveç ictimaiyyətinə Şuşa ilə tanıdılmasının zəruriliyini vurğulayıb.

Qonaqların diqqətinə çatdırılıb ki, https://codeshusha.com/ saytında yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı Xarı bülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsusi musiqi səsləndirilir. Mövzular haqqında geniş məlumat verən Şəlalə Həsənovanın təqdimatı İsveçdə yaşayan alim Səadət Kərimi tərəfindən İsveç dilində təqdim edilib. Bununla yanaşı, tədbir əsnasında rus, İsveç və ingilis dillərində hazırlanan https://codeshusha.com/ saytı haqqında da məlumat verilib.

Qeyd edək ki, "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi Azərbaycan mediasında yüksək lonqrid standartlarına uyğun hazırlanmış ilk yeni media məhsuludur. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Bununla yanaşı, Azərbaycan internet məkanında ilk dəfə “Şuşa məhəllələri”, “Qarabağ ərazisində Alban kilsələri” interaktiv xəritələri, "Şuşalı musiqiçilərin qızıl nəsli" adlı nəfis infoqrafika hazırlanıb.

Belə ki, "Şuşa məhəllələri" xəritəsində şəhərin 17 məhəlləsinin hər biri haqqında məlumat toxunuşla açılır.

"Qarabağ ərazisində Alban kilsələri" xəritəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən 108 Alban kilsəsinin yerini dəqiq, coğrafi koordinatlarla və hər kilsənin yaranma tarixi haqqında məlumatı da istifadəçilərə təqdim edilir.

"Şuşalı musiqiçilərin qızıl nəsli" infoqrafikası 10 musiqi şəcərəsini göstərir və hər bir nümayəndə haqqında qısa məlumat verir.

Layihədə, həmçinin digər məsələlərlə yanaşı, böyük bəstəkar Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov və 92 yaşlı jurnalist Məryəm Zöhrabbəyova Şuşa barədə xatirələrini bölüşüblər.

Sonda Azərbaycanın İsveç Krallığındakı səfirliyin təşkil etdiyi furşet zamanı maraqlı müzakirələr aparılıb və qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən hazırlanıb.

Baxış sayı : 211
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05