2022-11-25 08:30:31 | AKTUAL
Kəlbəcərin azad olunmasının ikinci ili

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir. 2020-ci il 27 sentyabrda Ermənistanın cəbhədəki təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı Vətən müharibəsi 44 gün sonra noyabrın 10-da ölkəmizin şanlı qələbəsi, Ermənistanın ağır məğlubiyyəti ilə başa çatdı.


Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti humanistlik nümayiş etdirərək müddəti noyabrın 25-dək uzatdı. 30 il ərzində işğaldakı ərazilərimizi viran edən, talayan Ermənistan Azərbaycanın bu humanist jestinin əvəzində mənfur niyyətini bir daha göstərdi. Belə ki, qanunsuz olaraq məskunlaşdırmadan sonra insanlarımızın əmlaklarını mənimsəyən ermənilər Kəlbəcəri tərk edərkən evlərə od vurdular, meşələri yandırdılar, heyvanları belə öldürdülər. Bu faktları xarici KİV-lər də işıqlandırdı.

İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".

Kəlbəcər rayonunun bir güllə atılmadan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. Rayon 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə ölkədəki siyasi vəziyyət, hakimiyyət böhranı Kəlbəcərin işğalına şərait yaratdı. İşğal nəticəsində 55 hərbçi, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 minə yaxın kəlbəcərli respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur olub.

Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Azərbaycanın dövlət bayrağını ucaldıb. Həmin mərasimdə Prezident Kəlbəcərin azad olunmasından danışarkən deyib: "İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi".

Kəlbəcər Azərbaycanın ən səfalı, gözəl təbiətə, zəngin resurslara malik rayonlarından biridir. Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Sahəsi 3054 km  olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var.

Kəlbəcər həm də ən qədim insan məskənlərindən biridir. Rayonda mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir.

Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalıb. Beynəlxalq birliyin 30 ilə yaxın sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.

Bu gün azad olunmuş digər ərazilər kimi Kəlbəcərdə də tikinti-quruculuq işləri aparılır. Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni tikilmiş "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasında aparılan işlər və digər bərpa işləri görülməkdədir. Bərpa işləri başa çatdıqdan sonra füsunkar gözəlliyə malik Kəlbəcər yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək.

Baxış sayı : 173
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05