2022-11-21 15:40:44 | QHT VƏ MEDİA
Şəhid ailələri və qazilərlə bağlı daha bir layihə yekunlaşdı

“Şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin yekun tədbiri keçirilib.

Fact-info.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri iştirak ediblər.   Layihə Müvəkkil Hüquq Mərkəzinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirlib. 

 Layihə barəsində ilk olaraq Müvəkkil Hüquq Mərkəzinin Sosial Psixoloji Dəstək Departamentinin rəhbəri, psixoloq Vüsalə Vəkiloğlu ümumi məlumat verib. Daha sonra o, layihənin icrası ilə bağlı təşkilatın sədri, layihə rəhbəri, hüquqşünas Səməd Vəkilovdan bu bardədə dolğun məlumat verməsini xahiş edib. 

 Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində Tovuz, Şirvan, Siyəzən, Şabran rayonlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib və bu qrupdan olan şəxslərə hüquqi yardımlar edilib. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi, müharibə iştirakçılarının  şəxslərin hüquqları ilə bağlı SƏS.TV -də 4 veriliş hazırlanıb. O, cümlədən şəhid ailələri və qazilərin hüquqlarının təsbit edidiyi bukletlər hazırlanaraq tədbirdən faydalanan şəxslərə təqdim olunub.          

Daha sonra Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi, ehtiyatda olan polkovnik leytenant, Qarabağ müharibəsi iştirakçısı Mürsəl Qurbanov tədbir iştirakçılarına Qarabağ müharibəsi zamanı təhsil işçilərinin müharibədə iştirakı ilə bağlı məlumat verib. 

“Qarbağ müharibəsində ümumilikdə 600 nəfərdən artıq müəllim iştirak edib və onlardan 17 nəfəri şəhid olub. Təkcə bu ay 22 nəfər müharibə iştirakçısı orta ümumitəhsil məktəblərində hərbi rəhbər vəzifələrinə qəbul edilib. Ümumilikdə Bakı şəhərindəki orta məktəblərdə 200 nəfərdən artıq  müharibə iştirakçısı hərbi rəhbər vəzifədə çalışır. Bu şəxslər daim bizim diqqət mərkəzimizdədir. Bu yaxınlarda Təhsil idarəsi tərəfindən “Qazi müəllimlər” adlı kitab da nəşr edilib”.  

 Tədbirdə  çıxış edən Respublika Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev layihənin  əhəmiyyətini və aktuallığını qeyd edərək onun uğurlu şəkildə həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib. O, həmçinin şəhid ailələrinin, qazilərin, veteranların il boyu təmənnasız xidmət göstərən Müvəkkil Hüquq Mərkəzinin çəkinmədən üz tuta biləcəyi ünvan olduğunu qeyd edib. R.Mirzəyev həmçinin layihə ilə bağlı aidiyyəti qurumlarla yaradılmış sıx əməkdaşlıq və informasiya mübadiləsinin də yüksək səviyyədə təşkil olunmasına diqqət çəkib. Yüksək vətənpərvərlik ruhunun gənc nəslə ötürülməsi üçün belə layihələrin davamlı və ardıcıl şəkildə aparılmasını dəstəkləyən Müvəkkil Hüquq Mərkəzinin hər zaman vətənpərvər insanlara diqqət göstərməsini alqışlayaraq gələcək işlərdə də qarşılıqlı əməkdaşlığın təqdirəlayiq olduğunu bir daha qeyd edib. 

 Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür layihələri maliyələşdirməsini təqdirəlayiq hal hesab etdiyini, Müvəkkil Hüquq Mərkəzinin həsas sosial təbqədən olan bu cür insanlara daimi qayğı göstərməsini alqışladığını vurğulayıb. 

 Tədbirdə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər”  təşkilatının rəhbəri, Azərbaycan Dövlət Telviziyasının əməkdaşı Tamxil Ziyəddinoğlu da çıxış edib.

 “Şəhid ailələri və qazilərlə bağlı bu cür layihələrin həyata keçirilməsi dövlətin sosial təbəqəyə olan qayğısının təzahürüdür”. 

 Azərbaycan Dövlət Telviziyasının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov isə qeyd edib ki, bu cür layihələri icra etməklə şəhid  ailələri və müharibə iştirakçılarına dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. M.Qəribovun eyni sinifdə təhsil alan 3 şəhidin tale yolundan bəhs edən  “Üç dost, üç tale” adlı sənədli filimin çəklişi haqqında səsləndirdiyi fikirlər tədbir iştirakçılarının marağına səbəb olub.

Qazi adının Azərbaycan dilinin leksikonunda müxtəlif mənaları ifadə etməsi ilə bağlı fikir mübadiləsinə münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin əməkdaşı, Qarabağ qazisi  Rey Kərimoğlu Qazi sözünün eyni adlı təşkilatın adı ilə dövriyyə daxil olduğunu və bu anlayışın daha dolğun şəkildə qanunda təsbit olunmasını zəruri hesab etdiyini bildirdi. 

 Qazi sözünün etmologiyası ilə bağlı polemikaya qoşulan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu sözün Azərbaycan Cümhuriyyəti dönəmində bir çox müraciətlərdə öz əksini tapdığını söyləyib. Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı şəhid ailələrinə qarşı məmurları diqqətli olmağa çağırıb.  

 Aprel döyüşlərinin iştirakçısı Zaman Hüseynovun dayısı, şair  folklor araşdırmaçısı İlham Qəhrəman tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. 

 Tədbirdə Cəmiyyət və Medianın İnkişafı İctimai Birliyinin həmtəsisçisi, tanınmış jurnalist Nicat  Sadxlı, hüquqşünas Adil Gözəlov, Uşaqların Gələcəyi Naminə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva, Vikipediya hərakatının aparıcı siması Elnur Eltürk, şəhid ailəsi Fərizə Hacıyeva (şəhid Famil Hacıyevin qardaşı qızı), Nilufər Həsənli, Səlim Qədirov, Ayşən Hüseynzadə, Bakir Babayev, şair Elşad Bayramov, Azər Xudiyev, Hacı Möhübbət Dərələyəzli, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov,  hazırda Hollandiyada yaşayan Zeynəb Dilbazi, Müvəkkil Hüquq Mərkəzinin İnformasiya Texnologiyaları üzrə Departament rəhbəri tanınmış fotoqraf Rahim Qədimovda iştirak ediblər. 

Baxış sayı : 156
Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib