2022-11-21 08:50:57 | MƏDƏNİYYƏT
“Qobustan dünyası” jurnalı işıq üzü görüb

“Qobustan dünyası” jurnalının ikinci nömrəsi işıq üzü görüb.

Jurnalın bu nömrəsi Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti olaraq arxeoloq alimlər Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya həsr olunub.

Oxucular bu nömrədə jurnalın baş redaktoru Vəfa Hüseynovanın Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın həyat və elmi fəaliyyətlərindən bəhs edən "Qobustanın pərvanələri", AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müəllifi olduğu "Qobustan başlanğıcı və zirvəsi", Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Sabir Nəzirovun "Ecazkar tarix yadigarımız- Qobustan" sərlövhəli məqalələri ilə tanış ola bilərlər. Jurnalın "Miras" bölməsində Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Cümalik Rəhimovun və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun böyük elmi işçisi Anar Babayevin məqalələri yer alıb. "Estafet" bölməsində oxucular müxbirimiz Səidə Musayevanın təqdimatında Xalq rəssamı, heykəltəraş, akademik Ömər Eldarovla müsahibə ilə tanış ola bilərlər. "Teatr dərdə dəvadır" deyən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, teatr və kino aktyoru Cahangir Novruzovla müsahibə jurnalın "İlham mənbəyim Vətən" adlı rubrikasında təqdim olunur. Jurnalın "İncə sənətlər" bölməsində Azərbaycanın ilk milli zərgərlik brendi olan "Rəsm"in yaradıcısı Rəsminə Qürbətova ilə müsahibə yer alıb. "Yeddi gözəl" bölməsində Azərbaycanın müxtəlif profilli muzeylərindən seçilmiş eksponatlar haqqında məlumatlar verilir. "Mədəniyyət xeyriyyəçiləri" bölməsinin bu saydakı yazarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Jurnalın növbəti "Multikultural və tolerant Azərbaycan" bölməsi talışlara həsr olunub. Oxucular professor, talış icmasının ağsaqqalı İmamverdi Həmidovun müəllifi olduğu məqalə vasitəsilə talışların etnik mədəni irsi və ədəbi-bədii yaradıcılığı ilə tanış ola bilərlər. Ali dərəcəli bərpaçı rəssam, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovla müsahibəni jurnalın "Mütəxəssis məsləhəti" bölməsində oxuya bilərsiniz. Jurnalın ölkəmizin bölgələrinin mədəni potensialının təbliğinə xidmət edən "Gəzək qarış-qarış Azərbaycanı" adlı yeni bölməsi 2023-cü il üçün Türk dünyasının turizm paytaxtı seçilən Şamaxıya həsr olunub. "Muzeymaniya" bölməsində ilk azərbaycanlı dünya səyyahı, alpinist Fərid Novruzi dünya səyahəti ilə bağlı xatirələrini oxucularla bölüşüb. Fərid Novruzinin bölmədə yer alan "Vətən daşı" sərlövhəli məqaləsi Qobustan abidələrinə həsr olunub. Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadə ilə müsahibə jurnalın "Yaradıcılıq əngəl tanımır" başlıqlı bölməsində oxuculara təqdim olunub. Dərginin bu sayının "Köşə yazarı" Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovdur. Bölmədə təqdim olunan məqalə vasitəsilə oxucular 2021-ci ildə "Qastronomiya" mövzusu üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Siyahısına daxil edilmiş Lənkəranın mətbəx mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, "Qobustan dünyası" elmi- metodiki, populyar jurnalının bu nömrəsi Azərbaycan və ingilis dillərində nəşr olunub. Jurnal Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliğinə, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin, yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılmasına xidmət edir.

Jurnalın direktoru Vüqar İsayev, baş redaktoru Vəfa Hüseynova, redaktoru Sabir Nəzirov, art məsləhətçisi Səidə Musayevadır.

Jurnal dövri olaraq ildə iki dəfə nəşr olunur.

Baxış sayı : 435
Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib 2023-09-23 10:35:53 Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb 2023-09-23 09:40:22 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkar edilib - VİDEO 2023-09-23 08:10:50 “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq 2023-09-22 21:20:15 Qarabağdakı separatçılar tərksilah edilir 2023-09-22 18:25:49 Tərtərin Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO 2023-09-22 15:45:17 BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ 2023-09-22 15:10:56 Ceyhun Bayramov: Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verilməsində qətiyyətini bir daha təsdiqləyir 2023-09-22 11:25:39 Qarabağda yaşayan ermənilərə ərzaq göndərildi 2023-09-22 10:30:28 Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır 2023-09-22 09:25:38 Qarabağdakı hadisələrin Paşinyanla əlaqəsi yoxdur 2023-09-22 08:40:01 Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib 2023-09-21 20:20:42 "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN 2023-09-21 16:50:43 Prezidentinin Administrasiyası Yevlax görüşü ilə bağlı açıqlama yaydı 2023-09-21 15:30:35 Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib 2023-09-21 12:40:55 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb 2023-09-21 11:45:47 XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur" 2023-09-21 10:30:43 Rusiyanın Ukraynadakı itkiləri 274 mini ötdü 2023-09-21 10:05:14 Prezident: Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir 2023-09-21 07:10:07 Prezident İlham Əliyev xalqa müraciət edib 2023-09-20 21:40:42 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün məqsədi açıqlanıb 2023-09-20 18:40:45 Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası 2023-09-20 18:45:38 "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?” - Brenda Şaffer 2023-09-20 11:30:11 Baş Prokurorluq: "Qanunsuz erməni birləşmələri yenə də mülki şəxsləri hədəfə alır" 2023-09-20 10:15:23