CƏMİYYƏT
A- A A+

Xarici jurnalistlər Agcabədidə dağılmış evlərə baş çəkib

2016-04-30 09:25:01

Xarici jurnalistlər və yerli media nümayəndələri Ağcabədi rayonunun Qaraxanlı kəndində ermənilərin endirdiyi zərbələr nəticəsində dağılmış evə baxış keçiriblər

Fact-info.az saytı  APA-ya istinadən xəbər verir ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, aprelin 27-də axşam saatlarından aprelin 28-də saat 5:30-dək erməni silahlı birləşmələri yaşayış məntəqələrini atəşə tutub.
Onun sözlərinə görə, Ağcabədiyə 100-dək, Qaraxanlı kəndinə isə 50-dək mərmi düşüb.
“Həmin mərmilərdən 35 ədədi Qaraxanlı kəndinə düşüb. Onlardan 19-u insanların yaşadığı fərdi həyətlərə düşüb. Evlərə ziyan dəyib. İki mərtəbəli, 7 otaqdan ibarət bir ev tamamilə yanaraq yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Burada insanlar çox çətin durumda yaşayırlar. Hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Biz beynəlxalq təşkilatları bu gerçəkliyi görməyə çağırırıq. Biz müharibə istəmirik, lakin torpaqlarımızın işğal altında olması ilə barışa bilməyəcəyik. Biz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna inanırıq. Ordumuz erməni təxribatının qarşısını qətiyyətlə alır. Əminik ki, bundan sonra da alacaq. Torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, hər bir Ağcabədi sakini ölkə başçısının əmrilə döyüşə getməyə hazırdır”.
Xarici jurnalistlər və yerli mətbuat nümayəndələri həmçinin Ağdam rayonunda ziyan dəymiş kənd təsərrüfatı obyektləri ilə tanış olublar və təmas xəttində olublar.  


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 764

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...