QHT və MEDİA
A- A A+

"Şuradan maliyyə dəstəyi almağın yeganə yolu peşəkarlıqla hazırlanan layihələrlə müraciət etməkdir"

2016-04-29 09:25:09

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ilin birinci rübünün yekunlarına dair müşavirəsi keçirilib

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin müxtəlif istiqamətlər üzrə fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında tövsiyyələrini çatdırıb. 
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun qurumun ötən müddət ərzində gördüyü işlər haqqında məruzə ilə çıxış edib. F.Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq, 2016-cı ilin birinci rübündə QHT-lərə təşkilati-texniki, metodik, məlumat, maliyyə və konsultativ dəstəyin davam etdirildiyini qeyd edərək paytaxtda və regionlarda təşkil edilən təlim və məlumatlandırma sessiyaları haqqında ətraflı məlumat verib. 
2016-cı ilin I qrant müsabiqəsində tətbiq edilən yeniliklər haqqında danışan icraçı direktor şəffaflığın təmin olunması istiqamətində bundan sonra da zəruri addımların atılacağını bildirib. F.Qurbanov müsabiqədə qalib gələn 277 QHT-dən 199-u ilə artıq müqavilə imzalandığını qeyd edib. 
İcraçı direktor cari ilin birinci rübünün ən mühüm hadisələrindən biri olan Şura üzvlüyünə keçirilən seçkilərin tamamilə obyektiv və şəffaf şəkildə, bütün iştirakçı tərəflərin razılığı şəraitində keçirildiyini vurğulayıb. 
2016-cı ilin I qrant müsabiqəsinin nəticələri haqqında danışan A.Quliyev görülən bütün işlərin QHT-lərin daha rasional layihə təklifləri ilə çıxış etməsinə yönəldiyini deyib: "Şuradan maliyyə dəstəyi almağın yeganə yolu ictimai aktuallıq kəsb edən, cəmiyyətimizin inkişafına xidmət edən və peşəkarlıqla hazırlanan layihələrlə müraciət etməkdir". Ümumilikdə Şura sədri rəhbərlik etdiyi qurumun fəaliyyətini qənaətbəxş qiymətləndirib. 
Müşavirədə beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza, mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbərlərinin, baş mühasibin və digər Katiblik əməkdaşlarının məruzələri dinlənilib. 
İclasda ötən dövr ərzində əmək fəaliyyətinin yerinə yetirilməsində fərqlənən Katiblik əməkdaşlarının təşəkkürnamə ilə təltif edildiyi bildirilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 826

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...